Erməni vandalizmini ifşa edək!
Tarix: 31.01.2013 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Məqalə “Uşaq və Gənclərin Xeyriyyə Fondunun Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.

Dağlıq Qarabağ münaqişəsi XX yüzilliy in tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, milyonlarla insanın taleyində əks olunub. 1992-ci və 1993-cü illərin hərbi kampaniyası dövründə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olub, 4866 nəfər itkin düşüb, 100 min nəfər yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv ediblər. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə bərabər, ilkin və axıradək müəyyənləşdirilməmiş məlumata görə, Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox həcmdə ziyan dəyib.
Xalqımız XX əsrin ən faciəli hadisələrindən biri olan Xacalı soyqırımını heç zaman unutmayacaq. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-nin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib ("Xocalının işğalına dair istintaq materiallarından"). BMT Təhlükəsizlik Şurası münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə 4 qətnamə qəbul edib. Lakin Ermənistan bu qərarların heç birinə əməl etmir.
Bu azmış kimi ermənipərəst qüvvələrin təhriki və maddi-mənəvi dəstəyi ilə bir sıra mətbu orqanlarda, elektron informasiya vasitələrində Azərbaycana qarşı iftira, böhtan və yalanla dolu kampaniya davam edir. Ermənilər Avropa və Amerikadakı lobbi imkanlarından yararlanaraq "əzabkeş erməni milləti" obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına meydan oxuyur, bütün yolverilməz vasitələrdən istifadə edərək əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar. Bununla yanaşı, “www.news.am”, “www.armtoday.info”, “www.panarmenian.net”, “www.arminfo.am”, “www.aravot.am”. lragir.am” və bu kimi yüzlərlə saytlarında ölkəmizə qarşı təxribatlar, informasiya müharibəsi aparılır. Belə saytlarda Azərbaycan dövlət adamları təhqir edilir, Azərbaycan barədə bilərəkdən dəyişdirilmiş ensiklopedik məlumatlar yerləşdirilir. Bizim məqsədimiz Azərbaycan həqiqətlərinin təbliği işinə gənc nəslin cəlb edilməsidir. Artıq son illərdə bunun qarşısını almaq üçün erməni saxtakarlığının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin fəaliyyəti daha da güclənib, ermənilərə qarşı ideoloji əks-hücum effektiv xarakter alıb. Təqdirəlayiq haldır ki, Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət Azərbaycan dövləti tərəfindən prinsipiallıqla davam etdirilir. Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır. Ümid edirik ki, Dağlıq Qarabağ problemi çoxmillətli Azərbaycan vətəndaşlarının xeyrinə həll ediləcək.
FUAD




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info