Təltif olunan jurnalistlər Prezidentə təşəkkür ediblər
Tarix: 21.07.2015 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, Prezident İlham Əliyev Milli Mətbuatımız 140 illik yubileyi ilə əlaqədar bir qrup mətbuat nümayəndələrini fəxri adlarla təltif edib. Sözsüz ki, bu ada layiq görülən hər bir media işçisi öz-özlüyündə sevinməyə bilməz. Təltif edilən bəzi media nümayəndələrinin bununla bağlı keçirdiyi hissləri və fikirlərini təqdim edirik:
“Əməkdar jurnalist” adına layiq görülən “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev: “Bu mükafatı 17 illik zəhmətimin rəsmi səviyyədə qiymətlədirilməsi kimi qəbul edirəm. Jurnalistika bizim həyat tərzimizidir. Özümüzü bu işə həsr etmişik. Mən bu peşəni çox sevirəm. Həmişə də vicdanlı, peşəkar olmağa, dövlətimizin maraqlarını nəzərə almağa çalışmışam. Hesab edirəm ki, bu etimad bizim daha da məsuliyyətli olmağımıza, işimizi daha çox sevməyimizə səbəb olacaq. Daha şövqlə işləyib, daha məhsuldar olmağa çalışacağıq”.
“Tərəqqi” medalı ilə təltif olunan, “Report” İnformasiya Agentliyinin əməkdaşı İmdad Əlizadə: “Mükafatlandırıldığıma görə çox sevincliyəm. Milli Mətbuatın 140 illik yubileyi münasibətilə məni "Tərəqqi" medalı ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçün çox böyük mükafatdır. Jurnalist kimi fəaliyyətim dövründə bu ada layiq olmağa çalışacam. Hesab edirəm ki, təltif olunmaq bir insanın əməyinə verilən qiymətdir, dəyərdir. Əməyimin belə qiymətləndirilməsi mənə əlavə stimul verir. Azərbaycanda jurnalistlərə, jurnalistikaya yüksək qiymət verilməsi ənənə halını alıb. Cənab Prezident İlham Əliyevin jurnalistlərin, jurnalistikanın sosial-iqtisadi, maliyyə-texniki, yaradıcılıq problemlərinin həllini daim diqqət mərkəzində saxlaması, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun yaradılması, qəzetlərə maliyyə yardımının ayrılması, jurnalistlər üçün bir binanın tikilib istifadəyə verilməsi, yeni bir binanın inşasının davam etməsi, yubiley illərində jurnalistlərin təltif olunması, səhhətində problemlər olan jurnalistlərin müalicəsinin dövlət hesabına aparılması və s. buna bariz nümunədir. Cənab prezident İlham Əliyevə, onun rəhbərliyi ilə həyata keçirilən bu siyasətdə əməyi olan hər kəsə təşəkkür edirəm. Mükafat almaq gözəl hissdir. İki gündür dostlar, qohumlar yazır, zəng edib xoş sözlər deyirlər, sevinclərini bölüşürlər. İllərdir üzünü görmədiyim, səsini eşitmədiyim insanlar yada salırlar. Bu da çox gözəl hissdir, insanın yaddaşında qalan anlardır. Hamıya təşəkkür edirəm”.
“Tərəqqi” medalı ilə təltif olunan, İctimai TV-nin Qarabağ müxbiri Şöhrət Eyvazov: “13 ildən çoxdur ki, jurnalistikadayam. 2007-ci ildə isə İctimai Televiziyanın Qarabağ müxbiriyəm. Cəbhə bölgəsində xidmətin bir özəlliyi də sanki özümüzü bir əsgər, hərbçi kimi hiss etməkdir. Ona görə də, möhtərəm Prezidentimizin, Silahlı Qüvvələrimizin Ali Baş Komandanının imzası ilə təltif olunmağım ikiqat xoşdur. Bu, mənim üzərimə həm də ikiqat məsuliyyət gətirir.
İnşallah, tezliklə ordumuzun işğalda qalan yaşayış məntəqələrini azad etməsi haqqında xəbərləri yayarıq. Milli Mətbuat Günü münasibətilə bütün media üzvlərini təbrik edir, uğurlar arzulayıram. Eləcə də təltif olunmuş həmkarların sevinclərini bölüşdüyümü bildirmək istəyirəm”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info