“Təzyiqlər heç bir effekt vermir”
Tarix: 21.07.2015 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


“Avropa bizimlə hüquqi müstəvidə görüşməlidir”
Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra xarici siyasətində əsas strateji hədəflərindən biri Avropa Şurası, Avropa Birliyi və digər Avropa təşkilatları ilə münasibətlərin yaradılması idi.
Gənc müstəqil dövlət olaraq Azərbaycan bu hədəflərə çatmaq üçün bir neçə Avropa təşkilatları qarşısında öhdəliklər götürdü. Demokratiya yolu almış bir ölkə olaraq Azərbaycan bu öhdəlikləri tam yerinə yetirir. Eyni zamanda, bəzi Avropa təşkilatları Azərbaycana qarşı münasibətdə heç də demokratik davranmırlar. Ən çətin anlarda belə, Azərbaycanı dəstəkləmək əvəzinə, əksinə, qərəzli münasibət göstərirlər. Əlbəttə ki, Azərbaycan tərəfindən bu münasibət heç də müsbət qarşılanmır. Yuxarıda adı çəkilən təşkilatlar öz ikili standart siyasəti ilə Azərbaycanla manipulyasiya edirlər. Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev öz nitqində bu məsələ ilə bağlı narahatlığını bildirib. Dövlət başçısı deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr bərabərhüquqluluq prinsipinə əsaslanmalı və Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunmalıdır: “Mənəvi, iqtisadi böhran bu gün Avropada reallıqdır və bu amillər gələcək fəaliyyətdə mütləq nəzərə alınacaq. Avropa ilə əməkdaşlığın yeni mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır. Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişinə qoşulmamışdır. Bu saziş Azərbaycanın maraqlarına uyğun gəlmir. Azərbaycan bütün ölkələrlə, beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və gələcəkdə də fəaliyyət bu prinsip üzərində davam etdiriləcək”.
Prezidentin sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr tərəfdaşlıq və strateji tərəfdaşlıq prinsipləri əsasında qurula bilər: “Ancaq bu, bərabərhüquqluluq prinsipinə əsaslanmalı və Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunmalıdır. Biz bütün məsələləri dərindən təhlil edərək, ölkəmiz üçün, xalqımız üçün ən məqbul, ən yaxşı variantı seçirik”.
Trend-in baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev “Palitra”ya açıqlamasında dedi ki, biz dünyəvi dövlətik və heç vaxt Avropaya inteqrasiyadan imtina etməmişik: “Təəssüf ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, əsas məqam müstəqil dövlətə digər bir dövlətin qanunverici orqanları tərəfindən siyasi təsir etmək istəyinin yolverilməz olduğundan gedir. Yəni, qanunverici orqanlar öz dövlətlərinin problemləri ilə məşğul olmaqdansa, bizimlə diktə yolu ilə danışmağa səy göstərirlər. Bu isə yolverilməzdir. Biz hər cürə ikitərəfli əməkdaşlığa razıyıq. Təbii ki, qarşılıqlı hörmət çərçivəsində”.
Siyasi ekspertin fikrincə, Avropa Şurasında qeyri-səmimilik və riyakarlıq müşahidə olunur: “Misal kimi göstərmək olar ki, bir sıra qeyri -hökumət təşkilatları Avropa parlamentində və digər qurumlardakı mövqelərindən istifadə edərək, erməni lobbisinin istəyini bizə aşılamaq istəyir. Belə təzyiqlər isə öz effektini vermir. Avropa Oyunları öncəsi və sonrakı dövrdə biz bu proseslərin şahidi olduq və təbii ki, fiaskoya uğradığını da gördük. Əgər bu gün biz Şərq tərəfdaşlığını dəstəkləyiriksə və Avropa bizi öz strateji tərəfdaşı hesab edirsə, enerji daşıyıcılarımıza ehtiyacı varsa, bunu inkar etməməlidir və əksinə, bizimlə hüquqi müstəvidə görüşməlidir. Yəni artıq doğrudan da təzyiq yolundan ikitərəfli münasibətlər və eynihüquqlu tərəfdaş müstəvisinə keçilməli və bu istiqamətdə də konsepsiya hazırlanmalıdır. Biz hər cürə sülhün və tərəfdaşlığı dəstəkləyirik, təbii ki, müstəqilliyimiz hər şeydən önəmlidir...”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info