Keşlə dəmiryolunda qorxulu anlar
Tarix: 22.07.2015 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Aşma təhlükəsi olan qatarı çətinliklə saxlamaq mümkün olub, sərnişinlər təcili evakuasiya ediliblər.
Bu gün səhər saat 7 radələrində Balakəndən Bakıya gələn 656-664/655-663 saylı Bakı-Köçərli-Balakən-Bakı sərnişin qatarı böyük bir faciənin eşiyindən dönüb.
Hadisə zamanı qatarda olan sərnişin Şahpəri Abbasovanın Sputnik-ə verdiyi xəbərə görə, qatar səhər saat 7 radələrində "Keşlə" stansiyası yaxınlığında relsdən çıxıb. Aşma təhlükəsi olan qatarı çətinliklə saxlamaq mümkün olub.Sərnişinlər təcili evakuasiya ediliblər.
Qatar bələdçiləri hadisəyə maşinistin ehtiyatsızlığının səbəb olduğunu ehtimal ediblər.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Sputnik-ə bildirib ki, hadisə qatarın təkər cütlüyünün relsdən çıxması nəticəsində baş verib. Xoşbəxtlikdən, bədbəxt hadisə baş verməyib. Ölən və xəsarət alan yoxdur. Xəbər hazırlanan vaxt hadisənin nəticələri aradan qaldırılırdı.
Əzməmmədov bildirib ki, hadisənin nədən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır.

Milli.Az




 
Bölməyə aid digər xəbərlər
07.06.2020
Göyçayda avtomobil piyadanı vuraraq öldürüb.
06.06.2020
Sumqayıtda kütləvi davada üç nəfər bıçaqlanıb, onlardan ikisi ölüb
06.06.2020
İndoneziyada helikopter qəzasında 4 nəfər ölüb
06.06.2020
Bakıda oğul atasını bıçaqlayıb
06.06.2020
Türkiyədə avtobus qəzası: 20-yə yaxın yaralı var

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info