Martin: “Ukraynada “oyuncaq rejim” fəaliyyətdədir”
Tarix: 22.07.2015 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


“Ukraynalılara başa salmaq lazımdır ki, onlardan böyük geosiyasi oyunda piyada kimi istifadə edirlər. Bunun sonu yaxşı sonluqla bitməyəcək. Qərb heç bir halda öz mili maraqlarını qurban verməyəcək”
“Hazırda Ukraynada Qərb tərəfindən öz məqsədlərini reallaşdırmaq üçün yaradılan "oyuncaq rejim" fəaliyyətdədir. Donbasdakı atışmanın qarşısının alınması istiqamətində edilən uğursuz cəhdlərin günahkarı isə Kiyev hökumətidir”.
Bu fikirlər ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Rodni Martinə məxsusdur. Ukraynadakı hazırkı siyasi vəziyyəti təhlükəli “barıt çəlləyi”nə bənzədən Martin hesab edir ki, Donbasdakı atışmanın səbəblərindən biri də Qərbin Kiyevə etdiyi silah yardımıdır: “Hazırda biz çox ciddi siyasi situasiyaya daxil olmuşuq və mən belə düşünürəm ki, dialoq üçün ayıq fikir lazımdır. Separatçılar öz-özlərinə atəş açmırlar”. Kiyev hökumətinin Qərbə milyardlarla borcu olduğunu xatırladan ekspert əlavə edir ki, məhz buna görə də ölkə həmin dövlətlərin göstərişlərinə əməl etmək məcburiyyətindədir: “Qərbin ümdə vəzifəsi Sovet İttifaqını məhv etmək idi. Təbii ki, buna nail ola bilib. Hazırda Qərb növbəti məqsəd -Rusiya Federasiyasının parçalanması uğrunda mübarizə aparır”. Ukraynadakı sülhün bərpa olunması məsələsinə toxunan ekspert qeyd edir ki, ukraynalılara hansı vəziyyətə düşdüklərini başa salmaq lazımdır: “Xalqı başa salmaq lazımdır ki, onlardan böyük geosiyasi oyunda piyada kimi istifadə edirlər. Bunun sonu yaxşı sonluqla bitməyəcək. Məsələ ondadır ki, Qərb heç bir halda öz mili maraqlarını qurban verməyəcək”. Rodni Martinə görə, dünyanın Qərbin geosiyasi və hərbi məqsədlərə nail olmaq üçün istifadə etdiyi “iqtisadi terrorizmi” dayandırmağa ehtiyacı var.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info