Türkiyədə törədilən partlayış nəticəsində ölənlərin sayı 32-ə çatıb
Tarix: 22.07.2015 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


BMT-nin baş katibi Türkiyədə törədilən terror aktını
pisləyib

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 32-yə çatıb. Türkiyə mətbuatının xəbərinə görə, Amara Mədəniyyət Mərkəzində törədilən partlayışda 104 nəfər xəsarət alıb. Onlardan əksəriyyətinin vəziyyəti ağırdır.
Qeyd edək ki, iyulun 20-də mərkəzdə keçirilən mətbuat konfransı zamanı terrorçu-kamikadze partlayış törədib. Ölkənin müxtəlif bölgələrindən Suruça gələn 300 gənc həmin mərkəzdə yerləşdirilib. Sosialist Gənclik Dərnəkləri Federasiyasının üzvü olan gənclər keçirdikləri mətbuat konfransında Suriyanın Kobani şəhərinə səfərlərinin məqsədini açıqlarkən terror hadisəsi törədilib. Gənclər Kobanidə bərpa işləri aparmaq istədiklərini deyiblər. Partlayışı “İŞİD” üzvü olan 18 yaşlı qızın törətdiyi bildirilir. “Anadolu” Agentliyi xəbər verir ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu, müdafiə naziri Vecdi Könül və bir sıra deputatlar vəziyyətlə tanış olmaq və yaralılara baş çəkmək üçün bölgəyə səfər ediblər. BMT-nin baş katibi Pan Gi Mun Türkiyənin Suriya ilə həmsərhəd Suruç şəhərində törədilən terror aktını pisləyib. Baş katib deyib ki, mülki şəxslərin zorakılığa məruz qalmasına heç nə ilə bəraət qazandırmaq olmaz. O, ümidvar olduğunu bildirib ki, insanların ölümündə günahkar olanlar qısa müddətdə tapılacaq və məsuliyyətə cəlb olunacaq. Pan Gi Mun Türkiyə hökumətinə və xalqına, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verib. Qeyd edək ki, Azərbaycan Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Əfqanıstanda NATO konvoyuna hücum olub
20.09.2019
Nigeriyada 34 mindәn çox uşaq aclıq tәhlükәsi ilә üz-üzәdir
20.09.2019
ABŞ iki kubalı diplomatı ölkədən qovur
20.09.2019
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bir daha xəbərdarlıq etdi
20.09.2019
ABŞ İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info