ABŞ-da işsizlik səviyyəsi 7,8 faiz təşkil edir
Tarix: 31.01.2013 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Ötən rüb Amerika Birləşmiş Ştatlarında (ABŞ) ümumi daxili məhsul (ÜDM) istehsalı 0,1 azalıb. “Euro news” kanalının məlumatına görə 3-cü rübdə ölkənin ÜDM 3,1 faiz təşkil edib. Bu isə 2009-cu ildən bu yana qeydə alınan ən pis göstəricidir.
Geriləmə özəl sərmayələr və federal xərclərin azalması, eyni zamanda ABŞ-ın şərq sahillərində baş verən qasırğaların mənfi təsiri ilə izah olunub. Statistik rəqəmlər ABŞ-ın Federal Ehtiyat Sisteminin bu il keçirdiyi ilk yığıncaqda elan edilib. Hesabata görə, hazırda ABŞ-da işsizlik səviyyəsi 7,8 faiz təşkil edir.
İqtisadi böhranla mübarizə aparan İspaniyanın Mərkəzi Bankının yeni hesabatında yer alan məlumata görə ölkənin iqtisadi tənəzzülü 2013-cü ilin əvvəllərində də davam edir. İspaniyanın hökumət başçısı Mariano Raxoy büdcə kəsirini azaltmaq üçün artıq 5-ci dəfədir ki, sərt iqtisadi tədbirlər planını təsdiqləmək məcburiyyətində qalıb. Mərkəzi Bank ölkədə iqtisadi geriləməni 0,6 faiz proqnozlaşdırdığı halda, bu rəqəm hazırda 0,7 faiz təşkil edir. Cari ildə ümumi daxili məhsulun 1,8 faiz azalacağı bildirilir. İqtisadi geriləmə daxili tələbatın azalması ilə izah edilir. Ötən il ölkənin büdcə kəsiri 7,3 faiz təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Bahalıqla əlaqədar Tehranda 180 restoran fəaliyyətini dayandırıb
17.02.2019
Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək
17.02.2019
İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
17.02.2019
İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub
17.02.2019
Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info