Britaniya parlamentindən “Chatham House”a etiraz
Tarix: 22.07.2015 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi Bob Blekmen Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı Bako Saakyanın Londonda “Chatham House” - Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən tədbirə dəvət olunması faktını pisləyib.
Avropa Azərbaycan Cəmiyyətindən verilən xəbərə görə, millət vəkili ötən həftənin sonunda Böyük Britaniya parlamentinin iclasında nitq söyləyərkən “Chatham House”un Bako Saakyanı Londona dəvət etməsinə etirazını bildirib. O, üzünü parlament üzvlərinə tutaraq sual edib ki, heç bir ölkə, hətta Ermənistanın özünün belə qondarma “Dağlıq QarabağRespublikası”nı tanımadığı halda, özünü onun başçısı kimi təqdim edən şəxsə “Chatham House” tərəfindən diqqət yetirilməsi nə dərəcədə doğru qərardır?
B. Blekmen diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun işğalı, 1 milyona yaxın azərbaycanlının isə öz evlərindən məcburi köçürülərək qaçqın düşərgələrində məskunlaşması ilə nəticələnib: “Düşünürəm ki, həmin insanlara qarşı ədalətsizlik törədən bir şəxsin hər hansı təşkilat tərəfindən bu ölkəyə dəvət olunması və ona çıxış etmək üçün tribuna verməsi olduqca yanlış bir qərardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair 4 qətnamə qəbul edib və onların icrası hələ də həyata keçirilməyib. Azərbaycan vətəndaşlarından daxil olan şikayətlərdə bildirilir ki, BMT-nin razılaşdırılmış qaydada qəbul etdiyi qətnamələr əsasən dərhal yerinə yetirildiyi halda, onlara aid məsələdə isə ədalətin bərqərar olunmasını 20 ildən çox gözləməli olublar”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info