Yunanıstanda vergilər artır, məhsullar isə bahalaşır
Tarix: 22.07.2015 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Yunanıstanda ərzaq məhsulları və xidmətlər üçün əlavə dəyər vergisi (ƏDV) dərəcələrinin 13 faizdən 23 faizədək artırılmasına başlanılıb. Məlum olduğu kimi, Afinaya üçüncü maliyyə yardımı paketi verilməsinin əsas şərtlərindən biri olaraq qəbul edilmiş müvafiq qanunu Yunanıstan parlamenti iyulun 16-na keçən gecə təcili qaydada təsdiqləyib.
Bu tədbirin görülməsini beynəlxalq kreditorlar təkid ediblər. Belə ki, ƏDV-nin artırılması qısa müddətdə dövlətin gəlirlərini artırmağın ən sadə və təsirli üsuludur. Məsələn, yeni dərəcə sayəsində xəzinə təkcə çörək-bulka məmulatlarından ildə 54 milyon avro əlavə gəlir qazanacaq.
Ət və balıq, süd məhsulları və şəkər, makaron məmulatları, habelə ictimai-iaşə müəssisələrində yemək və içkilərə görə də vergi dərəcələri artırılacaq. Yunanıstan KİV-ləri xəbər verir ki, artıq bu ilin sonunadək xəzinəyə əlavə olaraq 800 milyon avro daxil olacaq.
ƏDV-nin artırılması pərakəndə qiymətlərin artmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində həm yerli, həm də turist alıcıların azalmasına səbəb olacaq. Axı taksi, çimərlikdə satılan dondurma, barda təklif olunan kofe və ya şam yeməyi xarici qonaqlar üçün də bahalaşacaq. Oktyabrda isə mehmanxana xidmətləri üçün ƏDV də 6,5 faizdən artıb 13 faizə çatdırılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info