TUMİB milli mətbuatın 140 illiyi ilə əlaqədar tədbir keçirib
Tarix: 22.07.2015 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) tərəfindən TUMİB-in ofisində milli mətbuatımızın 140 illiyi münasibəti ilə dəyirmi masa keçirildi.
Tədbirdə TUMİB-in sədri Çingiz Bayramov, “Müvəkkil Hüquq Mərkəzi”nin sədri Səməd Vəkilov, Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova, TUMİB-in İdarə Heyətinin üzvü Cabir Dövlətzadə, "Bilik" Tədris Mərkəzinin rəhbəri Rövşən Əbülhəsənov, TUMİB Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov, hüquqşünas Cavanşir Seyidov, şairə-jurnalist Zərəngiz Mansurova, TUMİB Gənclər Mərkəzinin sədr müavinləri Cəmilə Aslan, Samir Pənaliyev və eləcədə TUMİB-in üzvləri iştirak etdilər. İlk olaraq sözə Çingiz Bayramov başladı və milli mətbuatımızın 140 illiyi münasibəti ilə bütün jurnalistləri və iştirakçıları təbrik etdi. Natiq öz çıxışında bu günlərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sərancamları ilə jurnalistlərin mükafatlandırılması təqdirə layiq hal olduğunu və dövlətimizin mətbuatımıza olan qayğısının real nümunəsi olduğunu bildirdi. TUMİB-sədri çıxışına davam edərək bildirdi ki, TUMİB-in üzvü - jurnalist Nəcəf Həsənov da mükafata layiq görülənlər sırasındadır. Beləliklə Çingiz Bayramov Azərbaycan jurnalistləri milli mətbuatımızın yarandığı gün münasibətilə təbrik etdi və sözü hüquqşünas Səməd Vəkilova verdi. Səməd Vəkilov öz çıxışında Azərbaycan publisistikasının hələ tam araşdırılmadığını və informasiya təminatının azadlığı xüsusunda yeni tədbirlərin keçirilməsinin vacib olduğunu qeyd etdi. Daha sonra söz TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadova verildi. Əli Fərhadov öz çıxışında XIX əsrin 70-ci illərində Həsən bəy Zərdabi tərəfindən ilk azərbaycandilli qəzet olan “Əkinçi”nin nəşr edilməsi, bu sahədə çar hökumətinin və avam insanların ona olan təzyiqləri, “Əkinçi” qəzetinin milli istiqlalımıza gedən yolda oynadığı əhəmiyyətli roldan və funksiyasından bəhs etdi.
Dəyirmi masada Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova, TUMİB-in idarə heyətinin üzvü Cabir Dövlətzadə, "Bilik" Tədris Mərkəzinin rəhbəri Rövşən Əbdülhəsənov, TUMİB-in Gənclər Mərkəzinin fəal üzvü Səbinə Novruzzadə və digərləri çıxışlarında Azərbaycanda medianın oynadığı ictimai əhəmiyyətli roldan bəhs etdi.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info