Pirallahıda Heydər Əliyev Fondu tərəfindən iki uşaq bağçası inşa edilir
Tarix: 22.07.2015 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondu tərəfindən “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Pirallahı qəsəbəsinin S.Bağırov və S.Vurğun küçələrində müvafiq olaraq 140 və 100 yerlik iki yeni uşaq bağçası inşa edilir.
Rayon icra hakimiyyətindən bildirilib ki, 140 yerlik uşaq bağçasının ümumi ərazisi 5000 kvadratmetr, tikinti sahəsi 1375 kvadrat metr, hündürlüyü isə 9,5 metr təşkil edir. Bağçanın tikintisi demək olar ki başa çatmaq üzrədir və hazırda son tamamlama işləri aparılır.
Qeyd olunub ki, 100 yerlik uşaq bağçası üçün torpaq sahəsi ayrılıb, tikintinin layihəsi təsdiq olunub. Hazırda binanın təməli qoyulub, birinci mərtəbənin inşasına hazırlıq işləri görülür. Hər iki uşaq bağçası iki mərtəbədən ibarət olacaq.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Pirallahı qəsəbəsində iki köhnə uşaq bağçası sökülərək yerində yeni bağçalar inşa ediləcək. Eyni zamanda “Cobanyastığı” körpələr evi - uşaq bağçası əsaslı təmiri və Gürgən qəsəbəsindəki “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik binanın tikintisi də nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info