Kamran Əliyev: “Hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 118 cinayət işinin istintaqı aparılır”
Tarix: 22.07.2015 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Bu ilin birinci yarısında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı tamamlanaraq, məhkəmələrə göndərilən cinayət işləri arasında “Sevil” MTK, Qazax Müəllimlər İnstitutun rektoru İsa Veysov və rəhbərlik etdiyi cinayətkar qrup, “Aqroliznq”in rəhbər şəxsləri ilə bağlı cinayət işləri də olub. Bunu bu gün Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib. K. Əliyev deyib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə məhkəməyə göndərilən məhkəmə işləri arasında qrup şəklində törədilmiş ağır cinayətlərlə bağlı işlər üstünlük təşkil edir. Keçən il məhkəmələrə göndərilən 103 cinayət işindən 51-i ağır cinayətlərə üzrə məhkəmələrə göndərilibsə, bu il məhkəmələrə göndərilən 99 cinayət işindən 59-u ağır cinayətlər üzrə məhkəmələrə göndərilib. K. Əliyev qeyd edib ki, indiyə qədər Baş İdarədə 270 cinayət işi üzrə istintaq həyata keçirilib: “Bunların bir qismi üzrə istintaq başa çatıb, hazırda isə Baş İdarədə 118 cinayət işi üzrə ibtidai istintaq aparılmaqdadır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info