Banklarla bağlı 30 şəxs barəsində 15 cinayət işi məhkəməyə göndərilib
Tarix: 22.07.2015 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


“Banklarla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində çoxlu sayda cinayət işi var. Bu ilin birinci yarısında da Baş İdarə tərəfindən məhkəmələrə göndərilən işlər içərisində birinci yerdə banklarla bağlı işlər durur”. Bunu Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.
K. Əliyev banklarla bağlı bu ilin birinci yarısında 30 şəxslə bağlı 15 cinayət işinin məhkəməyə göndərildiyini qeyd edib: “Baş İdarə qanunların imkan verdiyi çərçivədə ziyanın ödənilməsində iştirak edir. Hər bir halda kreditin verilməsi fərdidir. Bəzən kimsə deyir ki, kreditin müddəti filan vaxt bitir, ancaq kreditdən səmərəli istifadə məsələsi var. Bizim 3 əməkdaşımız Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Beynəlxalq Bankla bağlı işdə də iştirak edir. Beynəlxalq Bankla bağlı işdə korrupsiya halı aşkarlanarsa, araşdırılacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info