Sağlamlıq imkanları məhdud gənclərin intellektual yarışması keçirilib
Tarix: 22.07.2015 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsində "C" kateqoriyası fərdi layihələri çərçivəsində "İntellektlər" layihəsi qalib olub. 21 iyul 2015-ci il Etika akademiyasında “İntellektlər” layihəsi çərçivəsində “Nə? Harada? Nə vaxt?” intellektual yarışması keçirilib. İntellektual yarışma hər birində 5 nəfər sağlamlığı məhdud gənc olmaqla iki komanda arasında oldu. “İntellektlər” layihəsinin əsas məqsədi sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyasına yardım etmək, onların cəmiyyətə gərəkli olduğunu hiss etdirmək, onların dünya görüşünü və intellektini nümayiş etdirməklə, cəmiyyətə bu gəncləri qazandırmaqdır. Layihənin rəhbəri Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) fəalı Samirə Tağıyevadır.
Yarışmanın açılış nitqini layihənin koordinatoru Samira Tağıyeva edib. Daha sonra Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədr müavini Nərgiz Xələf çıxış etdi və layihəyə bol uğurlar arzuladığını vurğulayıb. Eyni zamanda tədbir müddətində Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyi sədri Aydın Xəlilov da çıxış edib.
Yarış Dostlar və İntellektlər adlı 2 komanda üzrə tərtib olunub. Layihənin sonunda Dostlar komandası qalib olub. Layihə koordinatoru Samira Tağıyeva yarışda qalib gələn komandaya sertifikat və hədiyyələr təqdim edib. Qeyd edək ki, tədbirin fotoları Rüstəm İsmayılova məxsusdur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info