Ukrayna yeni inqilabın astanasında?
Tarix: 22.07.2015 | Saat: 22:20:00 | E-mail | Çapa göndər


Ölkədəki "Sağ sektor" Kiyev hökumətinə etimadsızlıqla əlaqədar referendum keçiriləmsinə dair çağırış edir

Ukraynada yenidən qarışıqlıqdır. Ölkədə vətəndaşlar arasındakı gərginlik səngimək bilmir. Beləki, Ukraynada millətçi fəalları bir araya gətirən "Sağ sektor" kimi tanınan təşkilat xüsusi fəallıq göstərir. Təşkilatın lideri Dmitri Yaroş bugünlərdə Kiyevin Müstəqillik Meydanında keçirilən mitinqdəki çıxışı zamanı ölkə hakimiyyətinə etimadsızlıqla əlaqədar referenduma hazırlaşdıqlarını elan edib.
Ukraynanın «Seqodnya» nəşrinin məlumatına görə, Kiyevdə yüzlərlə vətəndaş qarşısında çıxışı zamanı ekstremist təşkilat lideri Ukraynada inqilabın yeni mərhələsinin başladığını bəyan edib.
O, həmçinin "Sağ sektor" un Ukrayna hakimiyyətinə etimadsızlıqla əlaqədar keçiriləcək referendum üçün xüsusi qərargahlar təşkil edəcəyini bildirib. Yaroş, eyni zamanda, bu istiqamətdəki fəaliyyətləri ilə əlaqədar ölkədəki hərbi-siyasi hərəkatın adının dəyişdirilərək, "Sağ sektor"un Milli Azadlıq Hərəkatı adı ilə əvəzlənəcəyini də bildirib: «Qarşıda çətin və bir günə həllini n tapa bilməyən məsələlər dayanır. Ukraynanın bütün regionlarında, hər bir regional mərkəzlərdə referendum keçirilməsi üçün qərargahlar yaradılacaq və onlar müəyyən islahatların həyata keçirilməsində xüsusi rol ifa edəcəklər».
Nəşrin verdiyi məlumata görə, Yaroşun çıxışından əvvəl meydana yığılanlar dualar edib, mahnılar oxuyublar.

Yaddaş üçün xatırladaq ki, «Sağ sektor» Ukraynada fəaliyyt göstərən radikal -millətçi təşkilatdır. Ötən ilin yanvar və fevral aylarında təşkilat üzvləri polislə qarşıdurmaya qatılaraq Kiyevdəki inzibati binaların ələ keçirilməsində, aprel yaında isə Ukraynanın şərqində yaşanan etirazların yatırılmasında iştirak ediblər. Elə, ötən ilin noyabrından bu qrupu «radikal ekstremist təşkilat» kimi tanıyan Rusiyanın Ali Məhkəməsi onun fəaliyyətinə Rusiya ərazisində qadağa qoyub. Yanvar ayından isə "Sağ sektor" Rusiyada qadağan olunan təşkilatların reyestrinə daxil edilib .
Ağasəf Babayev







 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info