Andreas Qukasyan: “Rusiya Ermənistandakı seçkilərə müdaxilə edir”
Tarix: 31.01.2013 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Ermənistanda prezident seçkilərinin keçiriləcəyi 18 fevral tarixinə artıq günlər qalıb. Lakin seçkilərin nəticələrinin hakim partiyanın namizədi Serj Sərkisyanın xeyrinə saxtalaşdırılacağı ilə bağlı fikirlər səngimək bilmir.
“Radio-hay” MMC-nin rəhbəri, prezidentliyə namizəd Andreas Qukasyan isə iddia edib ki, Ermənistandakı prezident seçkilərinə Rusiya müdaxilə edəcək və bu istiqamətdə addımlar artıq başlayıb. O, bu fikrini “Rusiyanın səsi” radiostansiyasının “Radio-hay” ilə əlaqələrinə xitam verməsi ilə izah edib. “Armtoday” yazır ki, buna səbəb prezidentliyə namizəd A.Qukasyanın aclıq aksiyasına başlaması olub. Sayta açıqlamasında A.Qukasyan bildirib ki, Rusiya dövlət radiostansiyası müqavilənin şərtlərini pozub və onun aclığa başlamasını əsas gətirərək müqaviləni ləğv edib. O, bunu Rusiyanın seçkilərə müdaxiləsi kimi qiymətləndirir: “Bu onu göstərir ki, Ermənistanda keçiriləcək prezident seçkilərinə namizədlərə təzyiqlər əslində kənardan edilir. “Rusiyanın Səsi”nin bu addımı isə rəsmi Moskvanın seçkilərə müdaxiləsi olduğunu deməyə əsas verir”.
Qeyd edək ki, Ermənistan prezidentliyinə namizəd A.Qukasyan yanvarın 21-dən etibarən hazırki prezident Serj Sərkisyanın prezidentliyə namizədliyinin ləğv olunması tələbi ilə müddətsiz aclıq aksiyasına başlayıb. Prezident seçkilərində iştirak etmək üçün 8 namizədin adı təsdiqlənib. Əvvəlcə prezidentliyə namizəd kimi 15 nəfər qeydiyyatdan keçmək üçün MSK-ya müraciət etsə də, sonrakı mərhələdə onların 7-si öz namizədliyini geri götürüb. Namizədliyini geri götürənlər MSK-ya “namizədlik haqqı” olan 20 milyon dram (20 min dollar) məbləğində olan vəsaiti ödəyə bilmədikləri üçün bu addımı atdıqlarını deyiblər. Lakin erməni mətbuatının yazdığına görə, əslində onları buna prezident S.Sərkisyan “məcbur” edib. Bu da S.Sərkisyanın növbəti dəfə prezident seçilməsi üçün maneələrin azaldılmasına xidmət edir.
A.CƏLALOĞLU




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info