“Naxçıvan Kuboku“ turnirinin açılış mərasimi keçirilib
Tarix: 22.07.2015 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Naxçıvan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçirilib.
Turnirin təşkilat komitəsinin üzvləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan MR və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri, AGF-nin baş katibi Əjdər Cəfərov ümummilli liderin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər. Daha sonra turnirin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısının ölkəmizdə idmanın sürətlə inkişafına rəvac verdiyini bildirib. O deyib ki, ölkəmizdə idmanın maddi-texniki bazası günü-gündən möhkəmlənir. Azərbaycanın bütün şəhər və rayonlarında müasir standartlara cavab verən, ən qabaqcıl texnologiya və avadanlıqlarla təchiz olunmuş Olimpiya İdman Kompleksləri tikilib istifadəyə verilir. Bakıda keçirilən I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin "sülh və dostluq" prinsipləri fonunda idmanın dünyada sülhün elçisi olduğunu uca zirvədən bütün bəşəriyyətə bir daha nümayiş etdirdiyini bildirən natiq idmançılarımızın bu möhtəşəm turnirdə yeni bir tarix yazdıqlarını bildirib. İsmayıl İsmayılov qarşıdakı illərdə ölkəmizdə şahmat üzrə dünya kuboku, Beynəlxalq Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini və idmançılarımızın bu yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini bildirib. AGF-nin baş katibi Əjdər Cəfərov Vətənimizin dilbər guşəsi olan qədim Naxçıvan torpağında yarış iştirakçılarını salamlayıb. Ölkəmizdə həyata keçirilən idman siyasətinin uğurla icra edildiyini qeyd edib və ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısının idmançılarımızın nailiyyətlərinin ildən-ilə artmasında əvəzsiz rolu olduğunu bildirib. Güləşçilərimizin Avropa Oyunlarında qazandıqları nəticələri xatırladan Baş katib "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnirin iştirakçılarının da gələcəkdə komanda yoldaşlarının uğurlarını təkrarlayacaqlarından əmin olduğunu vurğulayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini, Naxçıvan Güləş Federasiyasının prezidenti Azər Zeynalov ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də güclü infrastruktur layihələrinin icra edildiyini qeyd edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün uğurla davam etdirildiyini diqqətə çatdırıb. İdmançılara ədalətli mübarizə arzulayan Azər Zeynalov yarışı açıq elan edib. Açılış mərasimi bədii hissə ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info