Sosial müavinət və təqaüdlər “Kapital Bank“dan alınacaq
Tarix: 22.07.2015 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) tərəfindən təyin olunan sosial müavinət və təqaüdlərin bankomatlar vasitəsilə ödənilməsi xidməti bu vaxta qədər "Kapital Bank" və Azərbaycan Beynəlxalq Bankı tərəfindən həyata keçirilib.
ƏƏSMN-in son aylarda keçirdiyi müvafiq tenderin nəticələrinə uyğun olaraq, bu ilin iyul ayının əvvəlindən etibarən respublikada bütün sosial müavinət və təqaüdlərin bankomatlar vasitəsilə ödənilməsi xidməti tenderdə qalib gələn "Kapital Bank"a həvalə olunub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, indiyədək sosial müavinət və təqaüdlərini Azərbaycan Beynəlxalq Bankının bankomatlarından alan vətəndaşlar bundan sonra həmin vəsaitləri "Kapital Bank"a məxsus bankomatlardan qəbul edəcəklər. Bununla əlaqədar olaraq, rayon (şəhər) ƏSMM-ləri tərəfindən "Kapital Bank"ın rayon (şəhər) filiallarına qeyd olunan vətəndaşlar üçün plastik ödəniş kartlarının hazırlanması və onlara təqdim olunması barədə sifarişlər verilib. “Bu ilin iyul ayı üzrə sosial müavinət və təqaüdlərin ödənilməsi başlanan vaxta qədər, yəni iyulun 20-dək artıq plastik ödəniş kartları tam hazır olub. Hazırda müvafiq şəxslər şəxsiyyət vəsiqələrini "Kapital Bank"ın aidiyyəti rayon (şəhər) filiallarına təqdim edərək plastik ödəniş kartlarını əldə edirlər. Burada hər hansı problem mövcud deyil”, - deyə E. Babayev bildirib. E. Babayev vurğulayıb ki, sosial müavinət və təqaüdlərini bu vaxta qədər Azərbaycan Beynəlxalq Bankının bankomatlarından alan və hazırda bu banka məxsus plastik ödəniş kartlarında hələ götürmədikləri müəyyən məbləğ qalan vətəndaşlar yaşadıqları rayon və ya şəhər üzrə bankın filiallarına müraciət etməklə qalan vəsaitlərini nağd formada ala bilərlər. Vətəndaşlar plastik kartlarının dəyişdirilməsi və ya onlara məxsus qalıq vəsaitlərinin Azərbaycan Beynəlxalq Bankından alınması prosesində hər hansı çətinliklə üzləşdikləri təqdirdə qeydiyyatda olduqları rayon və ya şəhərin ƏSMM-lərinə müraciət edə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info