Göyçaylı arıçılar ikinci bal kəsimi dövrünə hazırlıq görürlər
Tarix: 22.07.2015 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Göyçayda iqtisadi baxımdan çox sərfəli sayılan arıçılığın inkişafı üçün münbit şərait vardır. Arıçılığın daha da inkişaf etdirilməsi, bu sahə ilə məşğul olan sahibkarların işinin əlaqələndirilməsi üçün işlər görülür.
“Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq rayonda görülən işlərin nəticəsidir ki, bu sahəyə maraq göstərən fiziki şəxslərin sayı ildən-ilə artır. Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, son bir ildə rayonda 6 fiziki şəxs fərdi arıçılıq təsərrüfatı yaradıb və 23 yeni arı ailəsi formalaşdırıb. Hazırda rayonda arıçılıqla məşğul olan fiziki şəxslərin sayı 45-ə, arı ailələrinin sayı isə 903-ə çatıb. Ötən il Göyçay arıçıları 4,5 ton bal istehsal ediblər. Bu il isə arıçıların 5 tondan çox məhsul əldə edəcəkləri gözlənilir. Bal toplanılması prosesinin birinci mərhələsi artıq başa çatıb və hazırda arıçılar ikinci bal kəsimi dövrünə hazırlaşırlar. Builki məhsuldarlıq arıçıların ürəyincədir. Hər arı təhnəsindən 5 kiloqram bal götürən arı sahibləri növbəti bal kəsimi zamanı bu göstəricinin 7 kiloqrama çatacağını deyirlər. Göyçayın Qaraman kənd sakini, arıçı İsmayıl Xələfov ötənillə müqayisədə bu il hava şəraitinin əlverişli keçməsinin məhsuldarlığa da yaxşı təsir etdiyini bildirib: “Bu il çox isti və quraqlıq keçmədiyinə görə hava şəraiti arılar üçün münasibdir. Bal kəsimi prosesinin birinci mərhələsi başa çatıb. Məhsuldarlıq da yüksəkdir. Hazırda balın bir kiloqramını 20 manata satırıq. İndi arılar bal kəsimi prosesinin ikinci mərhələsi üçün nektar gətirməklə məşğuldur. Arı sahibləri isə onları istinin təsirindən qorumağa çalışırlar”. İkinci bal yığımı dövrünün avqustun ortalarına təsadüf edəcəyi bildirilir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info