Rusiyada yaşayan xarici vətəndaşların sayı açıqlanıb
Tarix: 23.07.2015 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


“2015-ci ilin əvvəlindən Rusiyaya 10,6 milyon xarici vətəndaş gəlib. Hazırda Rusiya ərazisində 10 milyon 126 min 939 nəfər əcnəbi yaşayır. Bundan əlavə, 1 milyondan çox Ukraynadan gələn qaçqın var”. Bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romadanovski bu gün keçirdiyi mətbuat konfransında bildirib.
2015-ci ilin ilk 6 ayı ərzində miqrantların statistikası barədə məlumat verən FMX rəhbəri qeyd edib ki, Rusiyada miqrantların sayına görə Özbəkistan birinci yerdədir. Onun sözlərinə görə, hazırda Rusiyada 2 milyon 145 min 260 nəfər Özbəkistan vətəndaşı var. İkinci isə Ukraynadır. Belə ki, Rusiyada 1 milyon 601 min 706 nəfər Ukrayna vətəndaşı yaşayır. Romadanovski bu göstəricilərdə Ukraynanın cənub-şərqindən olan qaçqınların nəzərə alınmadığını əlavə edib: “Həmin qaçqınlar bu siyahıya daxil edilməyib. Onların sayı 1 milyon nəfərdən çoxdur”. Siyahıda üçüncü yerdə 992 min 170 nəfərlə Tacikistan, dördüncü yerdə 709 min 640 nəfərlə Qazaxıstan, beşinci yerdə 552 min 593 nəfərlə Azərbaycan, altıncı yerdə 543 min 836 nəfərlə Moldova, 7-ci yerdə 534 min 851 nəfərlə Ermənistan, 8-ci yerdə isə 521 min 338 nəfərlə Qırğızıstan qərarlaşıb. Konstantin Romadanovski mətbuat konfransında bildirib ki, 1,46 milyondan çox əcnəbiyə Rusiyaya giriş yasaqlanıb. Onun sözlərinə görə, həmin əcnəbilər Rusiyanın miqrasiya qanunvericiliyini pozmuş şəxslərdir: “Hazırda Rusiya ərazisində miqrasiya qanunvericiliyini pozan 2,7 milyon xarici vətəndaş var. Bu şəxslər qanunvericilikdə nəzərdə tutulan 90 gün qalma müddətini pozaraq ölkə ərazisində qalıblar. Ona görə də onlar Rusiyaya girişinə qadağa qoyulacaq şəxslərin yer aldığı “risk” qrupuna daxil edilib”. FMX rəhbəri keçən illə müqayisədə Rusiyaya gələn xarici vətəndaşların sayının azaldığını söyləyib: “Ötən illə müqayisədə Rusiyadan deportasiya olunan əcnəbilərin sayı çoxalıb. Rusiyaya gələn əcnəbilərin sayında isə azalma müşahidə olunur. Həm də Rusiya vətəndaşlığını qəbul edənlərin sayında artım var”. Romadanovski Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı səsləndirilən fikirlərlə razılaşmadığını da bildirib: “Biz qanunları sərtləşdirmirik, sadəcə bu sahədə qayda-qanun yaradırıq”. FMX rəhbəri bildirib ki, bu ilin 6 ayı ərzində 310 min əcnəbiyə ölkəyə giriş yasaqlanıb. Onlardan 15 min nəfər 10 il müddətinə, 90 min nəfər isə 5 il müddətinə deportasiya olunub.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Çin liderindən Ərdoğana gözlənilməz təklif
16.06.2019
Mahaçqalada tankerdə partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb
15.06.2019
Gürcüstanın təbii qaza olan ehtiyacının 97 faizi Azərbaycanın hesabına təmin olunur
14.06.2019
“1in.am”: “Rəsmi İrəvanın son addımları Moskva tərəfindən qəbul edilmir”
14.06.2019
Krasnoyarskdakı Azərbaycan diasporu Rusiya Gününü qeyd edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info