Sahibkarlara qarşı qanunsuzluq ölkənin inkişafına mane olur
Tarix: 23.07.2015 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Əliməmməd Nuriyev: “Bütün dövlət orqanları sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına öz töhfələrini verməlidir”
Sahibkarlığın inkişafı həm sosial sahənin, həm də iqtisadiyyatın inkişafında mühüm rol oynamaqla yanaşı, əhalinin işlə təmin olunmasında əsas amillərdən biridir. Bu gün ölkədə qeyri-neft sektorunun inkişafında sahibkarlığın mühüm rolu var.
Məhz buna görə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev bildirib ki, sahibkarlığın inkişafı daim diqqət mərkəzində olmalıdır: “Qeyri-neft sektorunun inkişafı çox sevindiricidir, bu il 9,2 faiz artıb. Əlbəttə ki, daha çox sahibkarlığın inkişafı, sahibkarların fəaliyyəti hesabına. Çünki dövlət sektorunda artımı daha çox enerji sektoru təmin edir. Ona görə sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır. Ancaq, eyni zamanda, sahibkarlar da məsuliyyətli olmalıdırlar. Onlardan bizim heç bir başqa tələbimiz yoxdur, ancaq vergiləri vaxtında ödəsinlər”. Eyni zamanda, ölkə başçısı bu sahədə mövcud problemlərə toxunmaqla yanaşı, dövlət qurumlarına göstəriş verib ki, sahibkarlara qarşı heç bir əsassız tələb irəli sürülməməlidir: “Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni bunu edən dövlətə xəyanət edir”. Mütəxəssislər də ölkə başçısı tərəfindən səsləndirilən bu fikirlərin tamamilə doğru və həlli vacib məsələ olduğunu bildirirlər. “Konstitusiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirdi ki, ölkə başçısı hər zaman öz çıxışlarında, görüşlərdə sahibkarların yanında olduğunu vurğulayıb və eləcə də ölkənin inkişafının məhz sahibkarlığa yaradılan mühitdən asılı olduğunu dəfələrlə qeyd edib: “Həmçinin qeyd edib ki, sahibkarlara qarşı edilən qanunsuzluq bütövlükdə ölkənin inkişafına qarşı yönələn bir hərəkətdir və belə hərəkətlərə yol verilməməlidir. Nazirlər Kabinetinin son iclasında da ölkə başçısı yenidən bu məsələyə qayıtdı, ölkədə iqtisadi inkişafın olduğunu və davamlı bir xarakter aldığını qeyd etdi. Müxtəlif sahələrdə, həm neft, həm də qeyri-neft sektorunda inkişafla bağlı fikirlər səsləndirdi. Davamlı iqtisadi inkişaf prosesində mühüm amillərdən biri də sahibkarlığa yanaşma ilə bağlıdır. Sahibkarlara necə xidmət göstərilməlidir, sahibkarlıq mühitinin inkişafı üçün daha nələr edilməlidir?” Ə.Nuriyev bildirdi ki, ölkədə fermer təsərrüfatının inkişafı ilə bağlı Sahibkarlığa Yardım Fondu tərəfindən kreditlər verilir, hər il kreditlərə cəlb olunan sahibkarların sayı artmaqdadır: “Eyni zamanda fermer təsərrüfatları ilə bağlı subsidiyalar artır. Bəlkə də, bunun nəticəsidir ki, bu il ölkədə taxılın istehsal səviyyəsi rekord səviyyədə olub. Ancaq bununla yanaşı, ölkə başçısı bu sahədə mövcud problemlərlə bağlı fikirlərini söylədi. Bəzi strukturların ayrı-ayrı şəxslərə “krişalıq” etməsi, əlavə vəsaitlərin toplanması ilə bağlı fikirlər səsləndi. Ölkə başçısı bu günlərdə mətbuat nümayəndələri ilə görüşündə də bildirib ki, “Mənə bütövlükdə informasiyalar məmurlar tərəfindən tam çatdırılmır, mən onu birbaşa mətbuatdan alıram. Harada nə hadisə baş versə, daha çox məlumatlıyam. Mətbuatdan da xahiş etdim ki, bu sahədə yardımçılığını davam etdirsin”.
İclasda Prezident onu da vurğuladı ki, sahibkarın iki funksiyası var. İlk olaraq vergini vaxtında ödəməlidir, vergi dövlət büdcəsinə daxil olur. Həmin vergi yenidən bu və ya digər formada cəmiyyətin müxtəlif seqmentlərin inkişafına, büdcədən maliyyələşən təşkilatların maliyyələşdirilməsinə gətirib çıxarır. Digər tərəfdən isə sahibkarlığın özünün inkişafına yönəlir. Bu baxımdan da sahibkar birinci növbədə tam şəkildə vergini ödəməlidir. Sahibkar tam şəkildə vergini ödədikdən sonra ondan hər hansı bir şəkildə ödəniş alınmamalıdır. Ölkə başçısı çox kəskin şəkildə buna münasibətini bildirdi. Ölkə başçısı digər bir məqama da toxundu ki, bütün dövlət orqanları sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına öz töhfələrini verməlidir. Burada ayrı-ayrı dövlət qurumlarının da fəaliyyətinə toxunuldu. Məsələn, AZAL-ın fəaliyyətini buna misal göstərmək olar. AZAL-ın qiymətlərinin baha olması turist axınını azalda bilər, eləcə də ətraf ölkələrlə rəqabət mühitinin zəifləməsinə, sahibkarlıq mühitinin inkişafına mane olar. Eyni zamanda yeni texnologiyaların gətirilməsinə təsir edir. Eləcə də turistlərin gətirilməsi xidmət sahələrinin inkişafına gətirib çıxarır. Xidmət sahəsi özəl sektora aid olan məsələdir. Bu baxımdan da qiymətlərin müvafiq olması sahibkarlıq mühitinin güclənməsinə, birbaşa turizm sektorunun inkişafına səbəb ola bilər”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info