“Dövlət internet mediaya da yardım edə bilər”
Tarix: 23.07.2015 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


“Dövlət yazılı mətbuata yardım etdiyi kimi, internet mediaya da yardım edə bilər”. Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Şura sədri bildirib ki, Azərbaycan Prezidentin Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə keçirilən görüşündə bu məsələyə toxunulub: “Çünki internet media bizim bu günümüz üçün çox önəmlidir. I Avropa Oyunlarında bu amil bir daha özünü göstərdi. Sirr deyil ki, onlayn jurnalistika ölkədə ictimai fikrə təsir göstərən, ictimai fikri formalaşdıran ən mühüm mətbuat vasitələrindən biridir. Məhz internet üzərindən yayımlanan media vasitəsilə Azərbaycan özünün imicini xarici ölkələrdə daha asan, daha uğurlu formalaşdıra bilər”. Ə. Amaşov qeyd edib ki, görüşdə reklam bazarı ilə bağlı da fikir mübadiləsi aparılıb: “Azərbaycan mediasının reklamı zəifdir. Çox güman ki, yaxın vaxtlarda bu sahədə də müəyyən irəliləyişlər olacaq. Görüşdə bir nüansa da toxunuldu ki, bu, bizim üçün çox önəmlidir. Biz illərdir düşünürdük ki, Qərbin bütün təcrübəsi bizim üçün önəmlidir. Ancaq biz Qərb təcrübəsini təhlil edərkən görürük ki, istənilən problemə Qərb mediasında miqyasından asılı olmayaraq, vahid platformadan yanaşılır və Qərbin maraqları gözlənilir. Əlbəttə bu, Qərb üçün uğurludur. Belə bir məqamda biz də istərdik ki, Azərbaycan mediası məhz ölkənin milli maraqları baxımından vahid platformadan çıxış etsin və bunu daha da gücləndirsin”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info