“Mediaya göstərilən qayğı bundan sonra da davam edəcək”
Tarix: 23.07.2015 | Saat: 01:42:00 | E-mail | Çapa göndər


Milli mətbuatın yaranmasının 140 illik
yubileyinə həsr olunan mərasim keçirilib

Dünən Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri mərasim dövlət himninin səslənməsi ilə başlayıb.
Sonra Azərbaycan milli mətbuatının inkişaf tarixi ilə bağlı film nümayiş olunub. Daha sonra Prezidentin sərəncamları ilə təltif edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələrinə mükafatlar təqdim olunub. Mükafatları Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib. “Trend”in məlumatına görə, jurnalistlərə açıqlama verən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, Azərbaycan Prezidentinin Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə çox geniş müzakirələr aparılıb: “Prezident Azərbaycan mediası ilə bağlı fikirlərini, düşüncələrini açıqladı, medianın qarşısında duran vəzifələri, Azərbaycan mediasının dünyadakı yeri və rolu, jurnalistlərin iqtisadi, mənəvi və digər problemlərini təhlil etdi, öyrəndi". Ə.Həsənov bildirib ki, Mətbuat Şurasının üzvləri ilə bu və digər məsələlər müzakirə olundu və müəyyən qərarlar qəbul olundu. PA rəsmisi qeyd edib ki, Azərbaycan dövləti özünü mediadan kənar hiss etmir, medianın qayğılarını öz qayğıları kimi qarşılayır, media nümayəndələrinə lazımi qayğı göstərir. Ə.Həsənov bildirib ki, mediaya göstərilən bu qayğı bundan sonra da davam edəcək: “Prezident bunu çıxışında xüsusi qeyd etdi. Dövlət başçısı onu da vurğuladı ki, Azərbaycan özünü azad mediasız təsəvvür etmir və azad media bizim cəmiyyətin ayrılmaz tərkib hissəsidir”. Prezidentin köməkçisi Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırıb: "Bilirsiniz ki, Azərbaycan Prezidenti milli mətbuatın 140 illik yubleyi ilə bağlı xüsusi sərəncam imzaladı, sərəncama müvafiq olaraq tədbirlər planı təsdiq olundu və mətbuat nümayəndələrinin bilavasitə iştirakı ilə Azərbaycan Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Prezident Administrasiyasının təşkilatçılığı ilə mühüm tədbirlər keçirildi".




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info