Şəmkir hesabat verdi
Tarix: 23.07.2015 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Şəmkir rayonunda 2015-ci ilin I yarısının sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbir Şəmkir rayon Heydər Əliyev Mərkəzində keçirildi. Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov, Millət Vəkili Sahibə xanım Qafarova, şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, qeyri-hökümət təşkilatların rəhbərləri, sahibkarlar iştirak etmişdir. Yığıncağı Şəmkir rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov açaraq ilk öncə toplantı iştirakçılarını salamladı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə yürütdüyü məqsədyönlü və hərtərəfli inkişaf strategiyasından söz açdı. Sonra Şəmkir rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 2015-ci ilin I yarısının yekunları və qarşıda duran məsələlər barədə məruzə ilə çıxış edərək bildirdi ki, Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2015-ci ilin birinci yarısı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Müzakirələr zamanı Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Azad Şərifov, Şəmkir Rayon Telekommunikasiya qovşağının rəisi Cavanşir Yusifov, Şəmkir Rayonu üzrə Maliyyə idarəsinin rəisi Rəşid Yusifov və Millət Vəkili Sahibə xanım Qafarova çıxış etdilər. İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan tikinti-abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olundu.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Yaxın zamanlarda dərman vasitələrinin ölkəmizə gətirilməsi qaydaları sadələşdiriləcək
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info