Ağsu taxılçıları biçin mövsümünü rekord nəticələrlə başa vurublar
Tarix: 23.07.2015 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Cari ilin ilk altı ayında Ağsu rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 96 milyon 510,1 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,8 faiz çoxdur.
Bu barədə Ağsu Rayon İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan şura iclasında məlumat verilib.
Hesabat məruzəsində qeyd olunub ki, rayon iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda dinamik inkişaf təmin edilib. Xüsusilə taxılçılıq sahəsində rekord nəticələr qazanılıb. Hər hektardan məhsuldarlıq 34,8 sentner olmaqla, zəmilərdən 116 min 786 ton taxıl biçilib. Ötən illə müqayisədə hər hektarın məhsuldarlığı 15,8 sentner artıb, 47 min 41 ton çox taxıl əldə edilib. Heyvandarlıq məhsulları da artıb, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb.
Şura iclasında tikinti-quraşdırma və abadlıq işlərinin geniş vüsət aldığı, yol infrastrukturunun yaxşılaşdırılması, kənd yaşayış məntəqələrinin təbii qazla təminatı sahəsində ardıcıl işlərin görüldüyü diqqətə çatdırılıb. Yarım ildə təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətlərində də bir sıra tədbirlərin həyata keçirildiyi bildirilib.
İqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, sahibkarlara göstərilən dövlət dəstəyi əhalinin məşğulluğunun artmasına, yeni iş yerlərinin açılmasına şərait yaradılıb. Rayonda yarım ildə 204 yeni iş yeri açılıb ki, bunun da 186-sı daimidir.
Şura iclasında qarşıda duran vəzifələr barədə ətraflı danışılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info