“Azərişıq“ cənub bölgəsində yenidənqurma işləri aparır
Tarix: 23.07.2015 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


"Azərişıq" ASC yaradıldıqdan sonra bütün ölkə ərazisində elektrik enerjisinin təchizatı istiqamətində aparılan sürətli yenidənqurma işləri cənub bölgəsində də davam etdirilib.
ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, yerli iqlim şəraiti nəzərə alınaraq, Cənub RETSİ-nin struktur tərkibinə daxil olan elektrik şəbəkələrində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı məqsədi ilə əsaslı və cari təmiri işlərinin sxemi cızılıb. Cənub RETSİ-nin struktur tərkibinə daxil olan Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı Elektrik şəbəkələrinin hər birini qısa müddətdə ən keyfiyyətli və müasir vəziyyətə gətirilməsi qarşıya məqsəd kimi qoyulub.
İyulun 1-ə olan məlumata görə, Cənub RETSİ üzrə ümumilikdə, 97 Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Onlardan 46-sı elektrik şəbəkələrinə qoşulmuşdur. KTM-ləri quraşdıran zaman yerli iqlim şəraiti də nəzərə alınmışdır. Rütubətin və yağışların daha çox olduğu cənub ərazilərdə bəzi KTM-lər tez çürüyən materiallarla deyil, daşdan tikilmiş mühafizə zolağı ilə əhatələnmiş və ətrafı abadlaşdırılıb. Bu müddət ərzində 4 ədəd 110 kV-luq, 42 ədəd 35 kV-luq, 629 ədəd 6/10 kV-luq, 5306 ədəd 0,4 kV-luq istismar müddətini bitirib və təhlükəli xarakter almış ağac və sınıq-salxaq beton dayaqlar yeni dəmir və dəmir-beton dayaqlarla əvəz edilib.
Bir çox yerlərdə yarımstansiyanı qidalandıran və yarımstansiyadan çıxan 35 və 10 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonaları pozulduğundan təbiət hadisələri və qəza baş verdikdə istehlakçıların elektrik təchizatında uzun müddətli fasilələr yaranırdı. Cənub bölgəsində bu cür hadisələrə son qoymaq üçün 1700 metr 35 kV-luq EVX AS 95, 40 805 metr 6/10 kV-luq EVX AS-50, 1215 metr 10 kV-luq kabel XLPE, 89 330 metr 0,4 kV-luq EVX (SİP) yeni elektrik xətləri çəkilərək təhlükəlilik və yarıtmazlıq vəziyyəti aradan qaldırılmışdır. Bundan başqa xeyli sayda KTM, elketrik naqillərində və beton dayaqlarda cari təmir işləri aparılıb, profilaktik tədbirlər görülüb. Vacib olan iki yarımstansiyada da cari təmir işləri həyata keçirilərək işlək vəziyyətin keyfiyyəti qaldırılıb.
Yeni və eləcə də dəyişiklik zərurəti olan abonentlər üçün 1138 ədəd sayğac quraşdırılaraq təhvil-təslim işləri aparılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info