Nobel mükafatı laureatı, akademik Jores Alfyorovla görüş
Tarix: 23.07.2015 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı əsasında Akademiyanın qarşıdakı 70 illik yubileyi ilə əlaqədar olaraq “Azərbaycanın elm məbədi” adlı sənədli film çəkilir. Akademiyanın tarixi ənənələrini və müasir inkişafını əks etdirəcək filmin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadədir. Filmi hazırlayan yaradıcı qrupun rəhbəri və ssenari müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin verdiyi məlumata görə, çəkilişlər əsasən başa çatmaq üzrədir. “Salnamə” studiyasının çəkdiyi filmin baş rejissoru tanınmış kino xadimi Ayaz Salayev, operatoru Moskva Dövlət Kinomatoqrafiya İnstitutunu bitirmiş Yuri Varnovskidir.
Yaradıcı qrup Milli Elmlər Akademiyasının əhatə etdiyi əksər elmi-tədqiqat institutlarında çəkilişlər aparıb, müsahibələr alıb. Bundan başqa, Foto-Kino Sənədləri Arxivindən nadir materiallar əldə olunub. Eyni zamanda, Ukrayna Elmlər Akademiyasının prezidenti, akademik Patondan, Rusiya Elmlər Akademiyası Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelindən də Azərbaycanda elmin və Elmlər Akademiyasının inkişafı ilə əlaqədar müsahibələr alınıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və şəkiliş qrupunun üzvləri bu günlərdə film üçün müsahibə almaq məqsədilə Sankt-Peterburq şəhərində Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Nobel mükafatı laureatı, akademik Jores İvanoviç Alfyorovla görüşüb. Peterburq Elmi Mərkəzinin rəhbəri, akademik Jores Alfyorov Azərbaycanda çətin şəraitdə Elmlər Akademiyasının qorunub saxlanılmasını və ölkədə elm sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib: “Azərbaycanda Elmlər Akademiyası inkişaf etdirilir, islahatlar uğurla həyata keçirilir, ən başlıcası isə ölkənin rəhbərliyi elmin inkişafına dəstək verir və qayğı göstərir.”
Nobel mükafatı laureatı, akademik Jores Alfyorov onun elmi fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət səviyyəsində yüksək qiymətləndirilməsini dərin minnətdarlıq hissi ilə qarşıladığını bildirib.
Sankt-Peterburq Elmi Mərkəzinin rəhbəri, Akademik Universitetin rektoru, akademik Jores Alfyorov Azərbaycanla olan çoxillik elmi əlaqələrindən, həmkarları ilə münasibətlərindən söz açıb, qarşılıqlı əlaqələrin dərin köklərindən və ənənələrindən, habelə dünyada Elmlər Akademiyaları sistemində gedən müasirləşmə proseslərindən danışıb, elmin inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edib.
Görüşdə yeni tarixi mərhələdə Azərbaycan Milli Elmlər Akademiyası ilə Peterburq Elmi Mərkəzi və onun institutları arasında əlaqələrin yenidən qurulması, əməkdaşlığın inkişaf etdirilməsi zərurəti xüsusi olaraq vurğulanıb.
Nobel mükafatı laureatı, akademik Jores Alfyorov Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi tədbirlərində iştirak etmək dəvətini razılıqla qarşılayıb.
Görüş zamanı Nobel mükafatı laureatı, akademik Jores Alfyorova Azərbaycan Milli Elmlər Akademiyası adından xatirə hədiyyəsi təqdim olunub.
Qarşıdakı aylarda “Azərbaycanın elm məbədi” filminə dair əldə edilmiş tarixi materialların və yeni çəkilmiş videolentlərin montajı işi aparılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info