Orxan Əkbərov: “Bəzi təşkilatlar qərəzli məlumat yayır”
Tarix: 31.01.2013 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


“Son vaxtlar Ermənistan Respublikası münaqişənin həlli istiqamətində göstərilən səylərə böyük zərbə vura biləcək addımlar atmaqda davam edir. 20 ildir, davam edən sülh danışıqları prosesində böyük iradə nümayiş etdirən Azərbaycan bu münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı kimi çıxış edir”.
Bu barədə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov deyib. Qeyd edək ki, bu barədə qəzetimizə ictimai birlikdən məlumat verilib. O.Əkbərov deyib ki, Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqe və apardığı təcavüzkar siyasət sülh danışıqları prosesinə ciddi xələl gətirir: “Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Məhz buna görə bəzi beynəlxalq təşkilatlar və bəzi dünya ölkələri də Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda müxtəlif vaxtlarda keçirdiyi bir sıra qondarma “seçkiləri” heç vaxt tanımayıb. Tanınmamış və faktiki olaraq var olmayan bir “dövlət”də seçkilərin keçirilməsi və ya hər hansı bir fəaliyyətin həyata keçirilməsi, olmayan bir avtomobilə təkər almağa bənzəyir, Dağlıq Qarabağda yaradılan qondarma qurumun tanınmasının, guya, təbii proses olduğunu və artıq Ermənistan Respublikası tərəfindən tanındığını bəyan edən qondarma qurumun”rəsmiləri” unudurlar ki, bu, absurddur. Çünki Ermənistan parlamenti 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etmiş və bu qərar indi də qüvvədədir”.
O.Əkbərov bildirib ki, Ermənistanın mövcud status-kvonu mümkün qədər uzatmaq və öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə müxtəlif vaxtlarda işğal etdiyi Azərbaycan ərazilərində bir sıra tədbirlər keçirməklə oradakı cinayətkar rejimin dünya birliyi tərəfindən tanınmasına cəhd göstərir: “Lakin oradakı bir ovuc cinayətkar dəstənin Ermənistanın himayəsi altında hər hansı bir müvəqqəti fəaliyyəti heç vaxt Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına gətirib çıxara bilməz. Çünki dünya birliyi, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər birmənalı şəkildə dəfələrlə bəyan etmişlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətin ifadə edildiyi, zor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyinin qeyd olunduğu və erməni hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbinin də olduğunu bir daha nəzərinizə çatdırırıq”.
Orxan Əkbərov qeyd edib ki, bəzi xarici dairələr, təşkilatlar müxtəlif vaxtlarda Azərbaycan reallıqlarını təhrif edərək qeyri-obyektiv və qərəzli məlumatlar yayırlar: “Subyektiv mülahizələri ilə “məşhurlaşan” qurumların, o cümlədən “Freedom House"un mövqeyinə gəldikdə isə, bu mövqe Azərbaycan haqqında qərəzli mövqedir və müxtəlif beynəlxalq dairələrin, hətta əminliklə demək olar ki, Ermənistan tərəfindən idarə olunan, maliyyələşdirilən müxtəlif lobbi qruplarının fikirlərini əks etdirir. Hesabatda ən çox ziddiyyət doğuran məqamlardan biri də Azərbaycanın "qeyri-azad”, Ermənistanın isə “qismən azad” ölkə kimi göstərilməsidir. Görünür, bu gün insan azadlıq və hüquqlarının pozulması və məhz bu səbəbdən get-gedə daha çox insanın Ermənistandan getməsi faktı hesabatı hazırlayanların nəzərindən qaçıb. Danışıqlar prosesinin Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəyi və birbaşa iştirakı ilə aparılması həm hüquq, həm də birbaşa Dağlıq Qarabağın tarixi sahibləri kimi bütün mənəvi və insani çərçivə normalarının zəruri daxili hissəsidir.
Qərəzli və obyektivlikdən çox uzaq olan “Freedom House”u və subyektiv mövqe tutan digər qurumları Azərbaycanın qaçqın və məcburi köçkün vətəndaşlarının düşdüyü duruma nəzər salmağa və insanların yaşamaq hüquqlarını ciddi şəkildə pozan, terrorçu bir rejim ilə idarə olunan, heç bir beynəlxalq hüquq normasını tanımayan, ona hörmətlə yanaşmayan və əməl etməyən bir ölkəni “qismən azad” göstərməsinə real baxmağa dəvət edirik”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info