Rəssam Pərinisə Əsgərova: “Mən insanın özünə qalib gəlməsini sevirəm”
Tarix: 23.07.2015 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Miniatür rəssamlıq çətin peşədir. Bu işlə məşğul olmaq üçün onu mütləq çox sevməlisən ki, oradakı incə cizgilərə, zərif işlərə səbir edə biləsən.
Azərbaycanın gənc istedadlı miniatür rəssamlarından olan Pərinisə Əsgərova bu sənətə qəlbən bağlandığını deyir. O, AZƏRTAC-a müsahibəsində bildirib ki, miniatür kiçikliyi və bədii üsullarının xüsusi incəliyi ilə fərqlənən təsviri sənət əsəridir. Bu sənət əsasən kitab illüstrasiyası kimi yaranıb, elmi, tarixi və bədii əsərlərə çəkilib, xüsusilə klassik Şərq poeziyasının bilavasitə təsiri altında inkişaf edib.
Miniatür sənəti sevməyi müəllimindən öyrəndiyini deyən rəssam əsərləri barədə məlumat verərək qeyd edib: “Mənim əl işlərim sırf klassik miniatür deyil. Burada özümün tapıntılarım olan elementlər də var”.
P.Əsgərova məşhur meksikalı rəssam Frida Kahlonun əsərlərini çox bəyənir. F.Kahloya həsr olunan filmi izlədiyini bildirən həmsöhbətim deyir ki, rəssamlıq tənhalığın və yaşlılığın, çarəsizliyin sənətidir: “Fridanın həyatı əzab-əziyyətlə keçib. Ancaq o, bunların hamısına dözüb. Sizcə sənət olmasa, Frida necə bu qədər güclü olardı? Mən insanın özünə qalib gəlməsini sevirəm. Sənət insanın zövqünü formalaşdırır. Miniatür sənəti isə daha çətin yoldur. Bu işlə məşğul olmaq üçün mütləq miniatürü sevmək lazımdır ki, oradakı incə cizgilərə, zərif işlərə səbir edə biləsən”.
Bir müddət əvvəl mütaliə edərkən, belə bir maraqlı faktla rastlaşdım: Orta əsrlərdə miniatür rəssamlar işə başlamamışdan əvvəl müəyyən müddət oruc tuturlarmış. Müsahibimə bunun səbəbini soruşduqda cavabı belə oldu: “Bu, sənətə bağlılıqdan irəli gəlir. Çünki oruc tutanda insan mənəvi cəhətdən saflaşır, Tanrıya daha yaxın olur. Saflaşan insan isə daha uğurlu miniatür əsər yarada bilir. Bəzən rəssamlar bir vərəq miniatürün üzərində aylarla, illərlə çalışırdılar. Bax, sənət sevgisi budur”.
İlk fərdi sərgisini 2012-ci ildə təşkil edən P.Əsgərova planları barədə də məlumat verib: “Hazırda Dədə Qorqud layihəsi üzərində işləyirəm. İstəyirəm ki, öz düşüncələrimlə harmoniya yaradam. İnşallah, planlaşdırıram ki, gələn il əsərlərimdən ibarət daha bir sərgi təşkil edəm.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info