Azər Ayxan: “Müsavat Partiyasında qalmağın heç bir mənası yoxdur“
Tarix: 23.07.2015 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


“Müsavat Partiyasından çoxdan istefa vermək istəyirdim. Rauf bəyin tövsiyəsi və xahişi sayəsində bu addımı atmadım. Təkcə mən yox, qəzetimizdə çalışan Müsavat Partiyası üzvləri də bu addımı atmır ki, bunun bir kampaniyaya çevrildiyi görüntüsü yaranmasın”. Bu sözləri Lent.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktorun birinci müavini Azər Ayxan deyib.
Jurnalist bildirib ki, o, hələ qurultay zamanı partiyadan getmək istəyib: “O zamanlar Rauf Arifoğlunu, “Yeni Müsavat” qəzetini günahlandırmağa bir bəhanə axtarırdılar. Bu baxımından partiya rəhbərliyinə bir bəhanə verilməsin deyə istefanı müəyyən vaxta qədər təxirə saldıq. Açığı deyək, partiyada təmsil olunan müavinlər, istərsə də divan üzvləri və digər funksionerlər tərəfindən “Yeni Müsavat” rəhbərliyi ilə bağlı tutulan ədalətsiz mövqe bizə kifayət əsas verir ki, partiya fəaliyyətimizi dayandıraq. Əvvəlki Müsavat Partiyası ilə indiki Müsavat Partiyası arasında fərqi görməmək, sezməmək, duymamaq mümkün deyil. Bu baxımdan Müsavat partiyasında qalmağın heç bir mənası yoxdur. Mənim Müsavat Partiyasında heç bir fəaliyyətim yoxdur”.
A.Ayxan deyib ki, partiyadan de-fakto ayrılmaq üçün nə zaman ərizə ilə müraciət edəcəyini hələ müəyyənləşdirməyib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info