“Yerli dərman istehsalı qiymətləri ucuzlaşdıra bilər”
Tarix: 23.07.2015 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Uzun müddətdir ki, Azərbaycanda əhalinin istifadə etdiyi dərmanların qiymətinin baha olması insanlarda narahatlıq yaradırdı. Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasıında Prezident İlham Əliyev bu məsələyə də toxunaraq, sentyabr ayında dərman bazarında yeniliklərin olacağını bildirdi: “Uzun illər dərman preparatlarının bazarında xaotik vəziyyət müşahidə olunub. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır. Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır”.
Dövlət başçısı bildirib ki, bu pozuntulara son qoyulmalıdır: “Sentyabr ayından gec olmayaraq bu məsələ artıq yeni müstəviyə qalxmalıdır. Həm şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Qiymətlərin yuxarı səviyyəsi müəyyən ediləcək”.
Bu məsələ ilə bağlı “İŞ Holding”in direktor müavini, “ADDIM”gənclər təşkilatının həmtəsisçisi Dr. Vüqar Şahbazlı bizimlə söhbətində dedi ki, Azərbaycanda hər bir sahədə olduğu kimi səhiyyə sahəsində də islahatlar aparılıb: “Bu islahatların nəticəsi olaraq səhiyyə sahəsində güclü inkişaf özünü göstərir. Lakin Nazirlər Kabinetinin son müşavirəsində dövlət başçısının qeyd etdiyi kimi, dərmanların qiymətləri əhalinin alıcılıq qabiliyyətinə uyğun deyil. Cənab Prezident dərmanların qiyməti ilə bağlı kompleks işlərin görülməsi tapşırıqlarını verib”.
Vüqar Şahbazlı bildirdi ki, Azərbaycan kimi inkişaf etməkdə olan ölkədə dünya standartlarına cavab verən dərman zavodunun yaradılması artıq zərurətdir: “Ölkədə olan bir-iki kiçik dərman zavodu tələbatın heç bir faizini də ödəmir. Məhz buna görədir ki, ölkəyə dərmanlar xaricdən gətirilir. Bu da dərmanların baha olmasına gətirib çıxarır. Dərmanların qiymətini tənzimləmək üçün ən optimal variant dərman istehsalında uzun müddətli təcrübəyə malik xarici dərman zavodu ilə birlikdə Azərbaycanda GMP standartlarına uyğun dərman zavodu açmaqdır. Bu zavodda indiki bazar qiymətlərindən qat-qat aşağı olan dərman preparatları istehsal etmək olar”.
Onun sözlərinə görə, bu gün Azərbaycan əksər klassik dərmanları (aspirin, insulin, şəkərli diabetə qarşı dərman preparatları və s.) xaricdən alır : “Niyə Azərbaycan belə klassik dərmanları xaricdən almalıdır? Hansı ki, Azərbaycanın bu və digər tip dərmanları istehsal edəcək zavod tikmək üçün hərtərəfli gücü və imkanı var. Dövlət xəstəxanlarında əhaliyə verilən pulsuz dərman preparatları və klassik dərmanları Azərbaycanda da istehsal etmək olar”.
Vüqar Şahbazlı bildirdi ki, “İŞ Holding” dünyada tanınmış bir çox dərman istehsalçı şirkətləri ilə birlikdə Bakıda, Keşlə qəsəbəsində yerləşən, qeyd olunan şirkətlər qrupuna aid “Loğman” əczaçılıq zavodunu tam müasir standartlara uyğun yenidən dərman zavodu kimi rekonstruksiya etmək və ya yeni ərazidə dərman istehsalı zavodu tikməyi planlaşdırır: “Bu, Azərbaycan tarixinə düşəcək dərman zavodu olmalıdır. Bu zavod beynəlxalq standartlara cavab verəcək. Hazırda zavodun layihə-smetasının hazırlanması prosesi gedir. “Pharm Corporation”, ”Famar group” və bir çox dərman preparatları istehsalçı zavodları ilə danışıqlar gedir. Yeni zavodda istehsal olunacaq dərmanların keyfiyyətinə tam zəmanət veriləcək. İlkin razılaşmaya görə, xarici investisiya və “İş Holding”in birgə sərmayəsi ilə zavodun bərpası və ya tam yenisi tikiləcək. Bu, həm də xarici investisiyanın ölkəyə gətirilməsi deməkdir. Yeri gəlmişkən, dövlət başçısı son müşavirədə xarici investisiyanın ölkəyə cəlb edilməsinin də önəmini vurğuladı”.
Həmsöhbətimiz qeyd etdi ki, əgər bu layihə alınarsa satışda olan çox bahalı və həyati vacib xarici dərman preparatları yeni adla, lakin eyni jenerik tərkibli dərmanlar kimi, istehsal oluna bilər: “Bu dərmanların qiyməti indiki bazar qiymətindən 2 dəfə aşağı olacaq. Məsələn, Hepatit C-nin müalicəsində istifadə olunan ən müasir dərman prepatlarından biri olan “Sovosbuvir”in (Amerikan dərman istehsalçı şirkət tərəfindən hazırlanıb və istehsal olunur) bir qutusu Amerikada təqribən 16000 ABŞ dollarıdır. Müalicə zamanı ondan ən azı üç qutu istifadə olunur. Bizim danışıq apardığımız tərəfdaş dərman zavodunun bu dərmanı istehsal etməyə lisenziyası olduğundan, həmin şirkətlə birgə bu dərmanı ölkəmizdə istehsal etsək (tam keyfiyyətli və dünya dərman istehsalı standartlarına uyğun), Hepatit C-li xəstələr bu preparatı 600-1000 manat civarında qiymətə ala biləcək. Həm də, biz bu preparatı təkcə Azərbyacana deyil, ətraf ölkələrə- Rusiya, Iran, Qazaxıstan, Özbəkistan, Türkmənistan və s. ölkələrə ixrac edə biləcəyik.
Səhiyyə Nazirliyi hər il təqribən 100-200 milyon manata yaxın dərman preparatlarının alınmasına pul ayırır. (Müdafiə Nazirliyi və digər güc nazirlikərinin tibb idarələri isə bütövlükdə, təqribən 50 milyona yaxın). Bu dərman preparatlarının əksəriyyəti xarici ölkələrdən idxal olunur. Bura klassik dərmanlar, əsasən şəkərli diabetə qarşı dərman preparatları , insulin və s. daxildir. GMP standartlarına uyğun bu zavodu qura bilsək, xalqın əsas dərman prepatlarına və digər dərman vasitələrinə (yod, povidon-yod, bint, tibbi spirt və s.) olan ehtiyacının təqribən 50%-ni tam təmin etmək olar. Bununla da dövlətin idxal əməliyyatı üçün maliyyə məsrəflərinin həcmi azaldıla bilər”.
Onun fikrincə, elə dərman preparatları var ki, bunların istehsalı Azərbaycanda mümkün deyil, bunlar ümümilikdə, təqribən dərman bazarında olan çeşidin 40%-ə yaxınını təşkil edir: “Yaxın gələcəkdə bir çox dərman prepatlarının xammalının da birbaşa istehsalını (xammalı ölkəmizdə olan) Azərbaycanda təşkil etmək olar. İki misal çəkmək istəyirəm. Məsələn, çox dəyərli biyan bitkisinin dərman preparatlarında istifadə olunan növü Azərbaycanda yetişdirilir. Bu bitkini niyə də biz dərman üçün xammal halına salıb, dərman preparatlarının hazırlanmasında həm özümüz istifadə etməyək, həm də xarici dərman zavodlarına satmayaq? Niyə də Azərbaycanın zəngin flora və faunasından istifadə edərək, azərbaycanlı və xarici əczaçılarıın işləyəcəyi yeni qurulacaq müasir dərman zavodumuzun laboratoriyasında yeni dərman preparatları hazırlamayaq? İkinci misal. İnsulin preparatını Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və özəl şirkətlər milyonlarla dollar xərcləyərək , şəkərli diabet xəstələri üçün idxal edirlər. Amma onu qeyd edim ki, bizim şirkətlər qrupumuza daxil olan keçmiş “Loğman” zavodunda vaxtilə Azərbaycanı və bütün Mərkəzi Asiyanın sovet ölkələrini təmin edən, hətta birbaşa yerli xammaldan (Ət kombinatında kəsilən mal- qaranın mədəaltı vəzisinindən insulinin xammalı alınırdı) alınan insulin preparatları istehsal olunub. Niyə də bu istehsalı yenidən bərpa etməyək?
Ən əsas məqsəd isə, Cənab Prezidentin xalqın qayğısına qalaraq, narahatçılıqla söylədiyi bu məsələnin həllidir, xalqın müxtəlif çeşidli, tam keyfiyyətli, indikindən daha ucuz qiymətdə dərman preparatlarını apteklərdən və xəstəxanalardan əldə ədə bilməsidir. Bir azərbaycanlı gənc həkim və iş adamı olaraq, möhtərəm Prezidentimizin dəstəyilə bu məsələnin öz həllini tapacağına çox inanıram”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info