Sığorta bazarının 63,3 faizi könüllü formalaşıb
Tarix: 23.07.2015 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Cari ilin birinci yarısında Azərbaycanda toplanmış sığorta haqlarının 63,3 faizi və ya 153,3 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov bildirib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz çoxdur. Eyni zamanda, icbari sığorta növlərində yığım 89,1 milyon manat və ya bazarın 35,7 faizini təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 26,7 faiz böyüyüb.
Yarım ildə ümumi ödənişin 77,7 faizi və ya 71,6 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 55,7 faiz artıb. İcbari sığorta növləri üzrə ödəniş isə 20,5 milyon manat və ya ümumi bazarın 22,3 faizini təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 5,7 faiz çoxdur.
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 46,7 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 32,5 manat olub. İcbari sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,6 manatdan 23 manata düşüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Tümen vilayəti Azərbaycanla ikitərəfli sazişlər imzalamağı planlaşdırır
21.09.2018
2 mindən artıq insanı mövsümi işlə təmin edən müəssisə, ilk müasir kənd təsərrüfatı kompleksi
21.09.2018
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
21.09.2018
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
21.09.2018
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə iclas keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info