Yeni yerüstü piyada keçidi istifadəyə verilib
Tarix: 23.07.2015 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, nəqliyyat vasitələrinin, həmçinin vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən bəzi küçə və prospektlərdə kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ilə Həsrət Ağamalıyev küçəsinin kəsişməsində, 6 hərəkət zolaqlı yol üzərindən yeni müasir yerüstü piyada keçidi inşa edilərək vətəndaşların istifadəsinə verilib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Azadlıq prospektinin M.Ə.Rəsulzadə qəsəbəsindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətinin intensivliyini nəzərə alaraq, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə yeni yerüstü piyada keçidinin inşasına 2014-cü ilin oktyabr ayında start vermişdi. Tikinti işləri Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilərək, vaxtında yekunlaşdırılıb.
Bir aşırımlı, metal konstruksiyalı yerüstü müasir piyada keçidinin eskalatorlarla birlikdə ümumi uzunluğu 82,12 metr, o cümlədən giriş-çıxışlarda pilləkanların uzunluğu 2x23.77=47.54 metr, aşırımın mərkəzi dayaq oxları arasında məsafə 28.24 metr, daxili eni 3,4 metr, hündürlüyü isə 3,0 metrdir, yol üzərindən hündürlüyü isə 6,0 metrdir. Yerüstü piyada keçidinin eyni tərəfə baxan iki ədəd giriş çıxışının hər birində vətəndaşların rahat hərəkəti üçün 2 komplekt olmaqla 4 ədəd eskalator quraşdırılıb.
Piyada keçidinin qapalı hissəsi və pilləkanların işıqlı olması üçün şüşə pəncərələr quraşdırılıb, pilləkan marşı və dəhliz hissəsi mərmər üzlük daşı ilə üzlənib, tavan və yan divarlar müxtəlif rəngli alkopanlarla üzlənib, müasir işıqlandırma sistemi qurulub.
Yeni piyada keçidində vətəndaşların təhlükəsizliyi kameralar vasitəsilə 24 saat ərzində təmin olunur. Bunun üçün keçiddə 4 ədəd təhlükəsizlik kamerası quraşdırılıb və mühafizəçi otağı qurulub
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info