Moskvada Azərbaycan milli mətbuatının 140 illiyi qeyd olunub
Tarix: 23.07.2015 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtında Azərbaycan milli mətbuatının 140 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, Azərbaycan kütləvi informasiya vasitələrinin müxbir məntəqələrinin nümayəndələri və “Azərbaycan Konqresi” qəzetinin jurnalistləri iştirak ediblər.
Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalistləri təbrik edən ÜAK icraçı direktoru, Konqresin Rəyasət Heyətinin üzvü İlqar Hacıyev çıxışında müxbirlərin vətəndən uzaqda öz ölkələrini uğurla təmsil etdiklərini söyləyib: “Siz yazdığınız xəbər və məqalələrlə Rusiyadakı Azərbaycan diasporunun imicini formalaşdırırsınız. Sizin sayənizdə bizim diasporun həyatı barədə həm Azərbaycanda, həm də Rusiyada məlumat alırlar. Sizə yeni yaradıcılıq uğurları və layiq olduğunuz yüksəklikləri fəth etməyinizi arzulayıram”.
ÜAK-ın Nijeqorod vilayəti üzrə regional bölməsinin icraçı direktoru Roman Ağayev Rusiyadakı azərbaycanlı jurnalistləri peşə bayramları münasibətilə təbrik edərək onları ÜAK-ın Nijeqorod vilayəti üzrə regional bölməsinin rəhbəri adından təşəkkür məktubu ilə təltif edib.
Tədbirin sonunda iştirakçılar bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info