Reynaldodan yeni rekord
Tarix: 24.07.2015 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Azərbaycan futbolu tarixində yeni rekord müəyyənləşdirib. Cənubi amerikalı futbolçu klublarımızın heyətində avrokuboklarda ən çox qol vuran futbolçu ünvanına yiyələnib.
“Sambaçı” Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rudar”la Monteenqrodakı görüşünün taleyini həll edən qola imza atıb. Bu, onun təmsilçimizin heyətində vurduğu 8-ci avrokubok qoludur. Reynaldo qitə miqyaslı turnirlərdə heç bir futbolçumuzun nail olmadığı məhsuldarlığı göstərib. Belə ki, o, 8-ə çatan ilk oyunçumuzdur. Bunadək hesabında 7 qol olan braziliyalı Azərbaycan rekorduna şərik idi. O, “Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqovla eyni sayda - 7 dəfə fərqlənmişdi. Qeyd edək ki, Belçikanın “Serkl Brügge” klubunun heyətində də Avropa Liqasında 1 qol vuran 9 nömrə ümumilikdə avrokuboklarda 9 dəfə fərqlənib. Çempionlar Liqasında 7 matçda 3 qol sevinci yaşayan braziliyalı Avropa Liqasında 17 oyunda 6 dəfə rəqib qapılarına yol tapıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik
23.09.2018
Bakı arenasında özümü çox rahat hiss edirəm
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info