İrəvanda daha bir nəqliyyat şirkəti iflasa uğradı
Tarix: 24.07.2015 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Gərək ki, bir müddət də əvvəl xatırlatmışdıq ki, iqtisadiyyatı tənəzzülə məruz qalan ölkə sonda məhvə məhkumdur. Təbii ki, Ermənistan kimi xaricdən göndərilən sədəqələrdən asılı olan dövlətin sabah kömək olmadan mövcudluğunu davam etdirməsi o qədər də ağlabatan deyil.
Məsələnin başqa cəhəti ondan ibarətdir ki, artıq işğalçı ölkəyə qəyyumluq edən ölkələrlə yanaşı, xaricdə yaşayan erməni mənşəli iş adamları da iqtisadi problemlər məngənəsində sıxılan ölkənin gələcəyi barədə bədbin fikirdədirlər. Əlbəttə, belə bir bərbad iqtisadiyyata malik olan ölkənin əhalisinin də sosial durumu da dözülməz həddə çatmaqdadır. Öz ölkəsində məhrumiyyətlərlə üzləşən, iş yeri tapa bilməyən erməni vətəndaşlar daha yaxşı yaşayış üçün miqrasiya etmək məcburiyyətində qalır. Bütün bunlarla yanaşı, son illərdə Ermənistanda az da olsa gəlirlə fəaliyyət göstərən şirkət və müəssisələrin iflasa məruz qalması adi hala çevrilib. Belə iflasa məruz qalan şirkətlərdən biri də uzun müddətdir paytaxt İrəvanda 30 və 67 nömrəli mikroavtobus marşrutlarının fəaliyyətinə nəzarət edən “Arşakyan exbayrner” şirkətidir. Artıq bir neçə gündür ki, şirkət şəxsi əmlakı hesab edilən avtobus və mikroavtobuslarını hərraca çıxarıb. Əmlakını satışa çıxaran şirkət satışdan əldə ediləcək vəsait hesabına yığılmış borclarını ödəmək niyyətindədir. “Joxovurd” nəşrinin məlumatına görə, sərnişin daşımaları ilə məşğul olan şirkət hələ ötən ilin fevral ayından məhkəməyə iflasının tanınması tələbi ilə müraciət edib. Prosesin məntiqi nəticəsi kimi, artıq şirkət yığılan borcları ödəmək üçün şəxsi əmlakını satmaq məcburiyyətində qalıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info