Katerina Reyç: «Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və işğala son qoyulmalıdır»
Tarix: 31.01.2013 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Almaniya Bundestaqının üzvü Katerina Reyç: «Xocalı aeroportunun açılması Azərbaycanın hava məkanının
pozulması deməkdir»

“Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılmasının vaxtı çoxdan çatıb”. Bu fikirləri Almaniya Bundestaqının üzvü, Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı fraksiyasından millət vəkili, Ətraf mühit, təbiətin mühafizəsi və nüvə təhlükəsizliyi nazirliyində dövlət katibi Katerina Reyç Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualına münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, BMT Təhlükəsizlik Şurası bunu öz qətnamələrində dəfələrlə tələb edib: “Almaniya və Avropa Birliyi bu məsələdə həmfikirdir. 19 iyul 2012-ci ildə Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərinə münasibət bildirən Avropa Birliyinin Xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton açıq şəkildə bəyan edib ki, bu seçkiləri Avropa Birliyi tanımır. Almaniya olaraq, bizim mövqeyimiz aydındır: Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz bir hissəsidir və işğala son qoyulmalıdır. İşğalın başa çatması ilə regiondakı qaçqınların çoxu üçün yeni perspektivlər yaranacaq. Cənubi Qafqazda sabitliyi və təhlükəsizliyi təmin etmək üçün biz Azərbaycanla yaxından əməkdaşlıq edirik. Dağlıq Qarabağ münaqişəsi ölkənin ən böyük problemidir. Münaqişənin sülh yolu ilə həlli bütövlükdə regionun iqtisadiyyatı və cəmiyyəti üçün müsbət təkan yarada bilər. Bu, regionun bütün dövlətlərinin marağındadır”.
Bundestaq üzvü qeyd edib ki, sülh prosesi ilə bağlı beynəlxalq ictimaiyyətlə əməkdaşlıq Almaniya üçün xüsusilə vacibdir: “BMT, Avropa Birliyi və ATƏT uzun müddətdir ki, münaqişənin sülh yolu ilə həll olunmasının yollarını birlikdə axtarır. Sülhə gedən yolda geriləməyə yol verilməməlidir. Lakin işğal olunmuş Dağlıq Qarabağ ərazisində Xocalı aeroportunu yenidən açmaqla, Ermənistan hökuməti bunun əksini edir. Bu, Azərbaycanın hava məkanının pozulmasıdır”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info