DSMF-nin gəlirləri pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib
Tarix: 24.07.2015 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2015-ci ilin 6 ayında da uğurla davam etdirilib. Bu barədə jurnalistlərə açıqlama verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bu ilin yanvar-iyun aylarında fondun cəmi gəlirlərinin 1466,5 mln. manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2% və ya 44,8 mln. manat artdığını diqqətə çatdırıb.
“Fondun sosial sığorta gəlirləri 8% artaraq 870,2 milyon manat təşkil edib. Bu daxilolmaların 65,3%-i və ya 568,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci yarısına nisbətən 9,5% və ya 49 milyon manat yuxarıdır”, - deyə E.Mehdiyev bildirib. Fond sədrinin sözlərinə görə, “Qeyri-büdcə daxilolmalarının belə sürətli artımı Azərbaycan Prezidentinin həyata keçirdiyi genişmiqyaslı islahat tədbirləri nəticəsində ölkədəki orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması və əməkhaqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsinin birbaşa təsirinin göstəricisidir. Bu artım tendensiyası, eyni zamanda, dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon manat azalmasına səbəb olub”. Bu ilin 6 ayı ərzində DSMF-nin xərcləri 1457,7 mln. manat təşkil edib. Bu vəsaitin 98,2%-i və ya 1431 mln. manatı əhaliyə ödənişlərə yönəldilib. Fond üzrə ümumi daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info