Binəqədi bələdiyyələri ilk dəfə mətbuat qarşısında hesabat verdilər
Tarix: 24.07.2015 | Saat: 01:31:00 | E-mail | Çapa göndər


23 iyul 2015-ci il tarixdə Binəqədi rayonu bələdiyyələri tərəfindən Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə “Bələdiyyə-mətbuat əməkdaşlığı: yeni mərhələ və hesabatlılıq” adlı tədbir keçirildi.
Tədbirdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Xocasən Bələdiyyəsinin sədri Anar Abbasov, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

Tədbir başlamazdan öncə Ağdamın işğal olunmasının 22-ci ildönümü 1 dəqiqəlik sükutla yad edildi.
Sonra tədbiri giriş sözü ilə açan Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov tədbir iştirakçılarını salamlarayaq Azərbaycan Milli Mətbuatının 140-cı ildönümünü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələrini təbrik etdi, fəaliyyətlərində müvəffəqiyyətlər, yaradıcılıq uğurları arzu etdi. Bildirdi ki, bu gözəl bayram ərəfəsində jurnalistlərin böyük bir qrupu – 200-ə yaxın mətbuat işçisi Prezidentin Sərəncamı ilə orden, medal və fəxri adlarla təltif olundu və onlardan bir neçəsi həmin bu tədbirdə iştirak edir. Hümbət Hüseynov vurğuladı ki, dövlət başçısının imzası ilə mükafatlandırılmaq, həm də “Tərəqqi” medalı ilə mükafatlandırılmaq böyük bir şərəfdir.
Rəsulzadə bələdiyyəsinin sədri bildirdi ki, bu günki görüşün təşkilində məqsəd həm jurnalist dostlarımızın bayram sevincinə sevinc qatmaq, həm də bələdiyyə olaraq ictimaiyyət qarşısında hesabat verməkdir: “2015-ci ilin 1-ci yarımilliyində yerli özünüidarəetmə orqanlarının fəaliyyəti uğurlu olub. Binəqədi rayonunda mövcud olan bələdiyyələr onların qarşısında duran vəzifələri layiqincə yerinə yetirərək abadlaşdırma və quruculuq işlərində fəal iştirak edib, sosial-iqtisadi layihələr həyata keçiriblər. Bütövlükdə, bələdiyyə idarəçiliyinin səmərəliliyi daha da artıbdır. Bələdiyyələrin yerli əhali ilə qarşılıqlı münasibətləri xeyli yaxşılaşıb, ictimai əlaqələri güclənib”.
Hümbət Hüseynovun qeyd etdi ki, “2014-cü il bələdiyyə seçkiləri həm kəmiyyət, həm keyfiyyət baxımından, eləcə də yeni tərkibdə bələdiyyə üzvlərin mövcud fəaliyyəti ötən illərdə bələdiyyə strukturu ilə bağlı formalaşmış stereotipləri sındırmış oldu. Son 6 ay ərzində elə Binəqədi rayonundakı bələdiyyələr öz fəaliyyətləri, əməli işləri ilə, həyata keçirdikləri sosial layihələrlə bütün bu mifi dağıtdı. Bələdiyyələrin fəaliyyətinə son dərəcə diqqətlə, səmimiyyət və həssaslıqla yanaşan mətbuat haqqımızda müsbət ictimai fikrin formalaşmasında yardımçı olur. Təbii ki, bu, bələdiyyə-mətbuat əməkdaşlığının yeni mərhələyə qədəm qoymasının bariz nümunəsidir”.
Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı çıxış edərək vurğuladı ki, bələdiyyə idarəçiliyindəki səmərəlilik getdikcə artır. Ölkəmizin sürətli inkişafı, idarəetmənin ən müasir tələblər səviyyəsində qurulması əhali arasında müasir ödəniş mədəniyyətini formalaşdırır. Şəffaflığı təmin etməyin əsas vasitələrindən biri isə bütün əməliyyatların nağdsız ödəniş yolu ilə həyata keçirilməsidir. Bələdiyyələr də bu prosesdən kənarda qala bilməz. “Yerli vergilər və ödənişlər haqqında” Qanuna edilən dəyişiklikdən sonra ödənişlər banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. 2015-ci ilin yanvarın 1-dən əmlak və torpaq vergiləri yeni qaydada hesablanır. Bu dəyişikliklər bələdiyyələrin vergi yığımında üzləşdikləri problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq.
Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva bələdiyyə-sakin münasibətlərinə toxunaraq bildirdi ki, sakinlər arasında nüfuzun geri qaytarılması başlıca məqsədlərimizdən biridir: “Bu məqsədlə də bir sıra addımlar atılır. Bələdiyyənin yerlərdə sakinlərlə səyyar görüşlərini təşkil edilir. Məhəllə komitələri yaradılır və onlar vasitəsilə sakinlərə daha yaxın olur, onların problemlərini daha az vaxt sərf etməklə öyrənə bilirik. Sosial şəbəkələrdə yaradılmış səhifələrimiz də sakin məmnuniyyətinə xidmət edir”.
Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev və Xocasən Bələdiyyəsinin sədri Anar Abbasov bələdiyyə ərazisində görülən işlərdən danışdılar, həyata keçirilən layihələr və qarşıda duran vəzifələ barədə məlumat verdilər. xüsusi vurğuladılar ki, dövlət tərəfindən bələdiyyələrə göstərilən diqqət və verilən hərtərəfli dəstək onların işini daha da yaxşılaşdırıb, yerli sosial-iqtisadi məsələlərin həlli imkanlarını artırıb.
Binəqədi rayonu təmsil edən 5 bələdiyyənin 6 aylıq hesabatı dinlənildikdən sonra bələdiyyə sədrləri jurnalistləri maraqlandıran sualları cavablandırdılar.
Sonda Kütləvi İnformasiya Vasitələrinin bir sıra nümayəndələri Milli Mətbuatın 140 illik yubileyi münasibətilə və Azərbaycan bələdiyyələrinin fəaliyyətinin uğurlu işıqlandırılmasına görə “Bələdiyyə dostu” Fəxri Diplomu və mükafatlarla təltif olundular.
Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info