Türkiyə qırıcıları “İŞİD”in qərargahlarını bombalayıb
Tarix: 24.07.2015 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


"Şəhid Yalçın" adı verilən əməliyyat zamanı “İŞİD”in 2 qərargahı və 1 toplanış məntəqəsi vurulub

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr “İŞİD”in Suriya ərazisindəki mövqelərini bombardman edib. İyulun 23-də Türkiyə-Suriya sərhədində, Kilis vilayəti ərazisində “İŞİD” terrorçularının atəşi nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusunun həlak olması və 2 əsgərin yaralanmasından sonra Türkiyə terror qruplaşmasına qarşı əks zərbələr endirməyə qərar verib.
İyulun 24-də yerli vaxtla saat 03.12-də Diyarbəkirdəki hərbi aerodromdan havaya qalxan 3 ədəd “F-16” təyyarəsi saat 03.40 – 03.53 arasında Suriyada “İŞİD”ə aid 3 hədəfi bombalayıb. Əməliyyatla bağlı Türkiyə hökuməti rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, hərbi təyyarələr tərəfindən Suriya ərazisində daha əvvəl müəyyənləşdirilmiş hədəflərə - “İŞİD”in 2 qərargahı və 1 toplanış məntəqəsinə lazer tuşlayıcısı olan 4 raket atılıb. Təyyarələr daha sonra bazaya qayıdıb. “Türkiyə Cümhuriyyəti dövləti öz milli təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri görməkdə qərarlıdır. Hökumət və müvafiq qurumlar ictimaiyyəti ardıcıl olaraq məlumatlandırmağa davam edəcək”, - deyə hökumətin açıqlamasında qeyd olunub.
"İŞİD"çilərin hücumu nəticəsində həlak olan əsgər Yalçın Nanənin şərəfinə "Şəhid Yalçın" adı verilən əməliyyat terror qruplaşmasının Türkiyə sərhədi yaxınlığında qüvvə cəmləşdirməyə başladığı barədə məlumat əldə edildikdən sonra başlayıb. Təyyarələr bombardman zamanı Suriya hava məkanına keçməyib və “İŞİD” hədəfləri Türkiyə ərazisindən vurulub. Əməliyyat barədə “İŞİD”ə qarşı qurulan beynəlxalq koalisiyadakı müttəfiq dövlətlərə məlumat verilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info