Jurnalist peşə fəaliyyətini yerinə yetirərkən kütləvi tədbirlərdə şüar səsləndirməməlidir
Tarix: 31.01.2013 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Dünən Mətbuat Şurasında (MŞ) bu qurumun 2012-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. MŞ idarə heyəti üzvlərinin, şuraya üzv olan tanınmış KİV-lərin rəhbərlərinin, ziyalıların iştirakı ilə reallaşan tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun ötən ildə gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, Mətbuat Şurasının əsas missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir. Bu iş əsasən vətəndaşlardan, müxtəlif qurumlardan və mediadan şuraya daxil olan şikayət və müraciətlərə baxılması ilə əlaqədardır.
Qeyd edilib ki, 2012-ci ildə MŞ-yə ümumilikdə 685 müraciət daxil olub. Bunlardan 501-ni kütləvi informasiya vasitələrində dərc olunan materiallardan şikayət təşkil edib. Şura katibliyində həmin şikayətlərdən 315-i həllini tapıb, digər 186 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən bu məsələlər və onlarla bağlı toplanmış materiallar şuranın müvafiq komissiyalarına araşdırılmaq üçün təqdim edilib. Vurğulanıb ki, şikayətlər üzrə komissiyada baxılan 118 məsələdən 89-u komissiya səviyyəsində həllini tapıb, digər 29 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün şuranın idarə heyətinə təqdim edilib. Ümumilikdə, ötən il ərzində MŞ idarə heyəti 27 qərar çıxarıb. İl ərzində “reket jurnalistika”ya qarşı mübarizə ilə bağlı iki dəfə MŞ-ın “qara siyahı”sı açıqlanıb. Hazırda sənəddə 86 KİV-in adı var. Ötən il ərzində MŞ-ın müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərdiyini vurğulayan Ə.Amaşov bunlara diffamasiya təşəbbüsləri, dövlət sənədlərindən irəli gələn vəzifələrin reallaşdırılması, Azərbaycan milli mətbuatının 137 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi, jurnalist hüquqları ilə bağlı fəaliyyət, layihələrin reallaşdırılması, medianın aktual problemlərinə dair konfrans, “dəyirmi masa” və seminarların təşkili və beynəlxalq konfranslarda iştirakın daxil olduğunu deyib. Əflatun Amaşov qeyd edib ki, keçirilən aksiyalarda jurnalist bitərəf olmalı, prosesi kənardan izləməlidir. Ə.Amaşov bildirib ki, aksiyalarda jurnalistlərin fəaliyyəti məsələsi daim gündəmdə olub və burada hər hansı problemin yaranmaması üçün Mətbuat Şurası bir sıra addımlar atır. Onun sözlərinə görə, kütləvi aksiyalardan reportaj hazırlayan müxbirlər kənarda dayanmalı, xüsusi gödəkcə geyinməlidirlər: “Jurnalist peşə fəaliyyətini yerinə yetirərkən kütləvi tədbirlərdə şüar səsləndirməməlidir. Bu məsələyə dair ATƏT-lə birgə tədbirin keçirilməsi də nəzərdə tutulub”. Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurası aksiyalarda jurnalistlərin fiziki maneələrlə rastlaşmaması istiqamətində də ciddi fəaliyyət göstərir: “Əvvəllər belə hadisələr baş versə də, bu gün belə hallar kəskin azalıb. Son hadisələr göstərir ki, əyinlərində jurnalist gödəkcəsi olanlara təzyiq halları demək olar ki, olmur”. Tədbirdə çıxış edənlər Mətbuat Şurasının illik fəaliyyətini müsbət qiymətləndirib, təklif və tövsiyələrini səsləndiriblər.
ANAR




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info