TUMİB Şirvanda gəncləri Azərbaycançılığın təbliğində aktiv olmağa çağırıb
Tarix: 24.07.2015 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


22.07.2015 tarixində saat 15 00-da Şirvan şəhərinin Gənclər və İdman İdarəsində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında azərbaycançılığın təbliğində dini maarifçiliyin rolu” adlı layihə çərçivəsində növbəti tədbirini keçirib.
Tədbirdə TUMİB-in sədri Çingiz Bayramov, Şirvan şəhəri İcra Hakimiyyətinin məsul işçisi Rövşən Yolçuyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Aydın Alıyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Şirvan şəhəri üzrə məsul nümayəndəsi Əvəz Mehralıyev, TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov, TUMİB-in Gənclər Mərkəzinin sədri Gülər Qasımlı, TUMİB-in Gənclər Mərkəzinin sədr müavini Samir Pənalıyev, TUMİB-in fəal üzvləri Səbinə Novruzzadə, Asif Hacıyev və Şirvan şəhərində yaşayan gənclər iştirak etmişdir.
Tədbiri açan TUMİB-in sədri Çingiz Bayramov iştirakçıları salamlayaraq layihə çərçivəsində keçirilən tədbirlərin ilk öncə Gəncədən başladığını, sonra Lənkəranda, indi isə Şirvan şəhərində davam etdirildiyini qeyd etdi. Natiq azərbaycançılığın təbliğində Əhməd Cavad, Hüseyn Cavid, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Mustafa Kamal Atatürk və Heydər Əliyevin fikirlərinin öyrənilməsinin əhəmiyyətini vurğuladı və Azərbaycanda olan tolerantlığın bir çox ölkələr üçün numunə olduğunu bildirdi. O, çıxışını bununla yekunlaşdırdı ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi, dini, milli, multikulturalizm siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Millətlər arası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edən Şirvan şəhəri İcra Hakimiyyətinin məsul nümayəndəsi Rövşən Yolçuyev azərbaycançılıq ideologiyasının Heydər Əliyevin adı ilə bağlı olduğunu, işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinin ümummili vəzifə olduğunu vurğuladı.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin Şirvan şəhəri üzrə məsul nümayəndəsi Əvəz Mehralıyev Şirvan şəhərində din və məzhəb azadlığının ən yüksək səviyyədə olduğunu, məzhəblərin rahat fəaliyyət göstərdiklərini, radikalizmə imkan verilmədiyini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Aydın Alıyev isə öz çıxışında radikalizm haqqında məlumat verərək, islamda radikalizmin olmadığını və dövlətin bu kimi mənfi hallara qarşı daim mübarizə apardığını qeyd edib.
Sonra çıxış edən TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov Ulu Öndər Heydər Əliyevin fikirlərinin azərbaycançılıq ideologiyasının təbliğində gənclər üçün nümunə olduğunu və azərbaycançılıq ideyalarının yayılmasının dinin siyasətdən ayrı tutulması istiqamətində vacib olduğunu bildirib. Natiq bu kimi mənfi hallara qarşı mübarizənin lazım olduğunu, əks təqdirdə Azərbaycanın İraq, Suriya kimi ölkələrdə baş verən problemlərə səhnə ola biləcəyi təhlükəsinə işarə edib.
Tədbirdə gənclərdən TUMİB-in Gənclər Mərkəzinin sədri Gülər Qasımlı çıxış etdi. Natiq gəncləri azərbaycançılıq ideologiyasını mənimsəməyə, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Heydər Əliyev ideyalarını öyrənməyə dəvət edib.
Daha sonra çıxış edən Səbinə Novruzzadə, Asif Hacıyev, Samir Pənalıyev SSRİ dövründə islama və digər dinlərə qarşı törədilən mənfi təxribatlardan, o cümlədən də türk-islam dəyərlərinin, azərbaycançılığın mənimsənilməsinin əhəmiyyətindən bəhs ediblər.
Tədbirin sonunda iştirakçıların suallarına cavab verilib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info