Mingəçevirdə 516 nəfər daimi və mövsümi işlə təmin olunub
Tarix: 24.07.2015 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Cari ilin 6 ayında Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə 626 nəfər işaxtaran vətəndaşdan müraciət daxil olub. Müraciət edənlərin 159-u qadın, 107-si gəncdir.
Mərkəzdən bildiriblər ki, müraciət edənlərdən 296 nəfəri öz peşəsinə uyğun işlə təmin olunub ki, onların da 73-ü qadın, 53-ü gəncdir. Vətəndaşlar əsasən emal sənayesi, tikinti, elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, səhiyyə və sosial xidmətlər, maliyyə, rabitə və kommunal xidmət sahələrində işlə təmin olunublar. Bundan əlavə, cari ilin 6 ayı ərzində Mingəçevir Əmək Birjası tərəfindən qeydiyyatda olan vətəndaşlardan 220 nəfəri müvəqqəti xarakterli mövsümü işə göndəriş alıb.
Bu günlərdə Mingəçevir Məşğulluq Mərkəzinin təşkilatçılığı, idarə və təşkilat rəhbərlərinin iştirakı ilə “Sosial tərəfdaşların məşğulluq xidmətində rolu” mövzusunda maarifləndirmə xarakterli “dəyirmi masa” keçirilib. Bu ilin sonunadək Mingəçevir şəhərində “Əmək yarmarkası”nın, tələbə və məzunlar üçün isə “Karyerada ilk addım” adlı məşğulluq tədbirinin keçirilməsi nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info