Vergi ödəyiciləri ilə görüş keçirilib
Tarix: 24.07.2015 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işinin genişləndirilməsi, vətəndaşlarda vergi mədəniyyətinin formalaşdırılması, o cümlədən, bu sahəyə ictimaiyyətin geniş təbəqələrinin cəlb edilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən mütəmadi olaraq sahibkarlar, onların ictimai birlikləri, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri, ictimaiyyətin nümayəndələri ilə çoxsaylı layihələr həyata keçirilir. Bu layihələrin həyata keçirilməsində əsas məqsəd Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlər, xüsusən elektron xidmətlər barədə vergi ödəyicilərinin məlumatlandırılması, vergi sahəsində onların biliklərinin daha da artırılmasıdır.
Sabirabad rayonunda “Davamlı iqtisadiyyatın inkişafında vergi siyasətinin rolu” mövzusunda daha bir görüş keçirilib. Dəyirmi masa xarakteri daşıyan görüşdə 5 saylı ƏVİ-nin əhatə dairəsinə daxil olan rayonların sahibkarları, icra strukturlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov Azərbaycanda həyata keçirilən vergi siyasəti, Vergilər Nazirliyi tərəfindən vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən islahatlar, təqdim olunan xidmətlər barədə məlumat vermiş, vergi qanunvericiliyinə əməl edilməsinin vacibliyinin cəmiyyətə aşılanması və həyata keçirilən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
Dəyirmi masada yerli icra hakimiyyəti orqanının, sahibkarların, rayon ictimaiyyətinin nümayəndələri çıxış edib, Vergilər Nazirliyi tərəfindən təqdim olunan xidmətlər, nağdsız ödəmələrin tətbiq sahəsinin genişləndirilməsi, vergi borclarının yaranması ilə bağlı problemlər barədə müzakirələr aparılıb. Tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info