“Donald Tusk Azərbaycanın əhəmiyyətini gizlətmədi”
Tarix: 24.07.2015 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


“Bakının antiazərbaycan qətnaməsi və ölkəyə müxtəlif təzyiq formalarına reaksiyasından sonra Avropa İttifaqında (Aİ) başa düşdülər ki, Azərbaycanla dostluq etmək və tərəfdaşlıq münasibətlərini saxlamaq daha yaxşı olardı, öyüd vermək və daxili siyasətə təzyiq etmək lazım deyil”.
Bu barədə “Trend”ə Qərb universitetinin professoru, politoloq Fikrət Sadıxov Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfərini şərh edərkən deyib.
Politoloq bildirib ki, D.Tuskun səfəri rəsmi Bakını eşitmək məqsədi güdürdü: “Bundan başqa, səfərin məqsədləri arasında regional təhlükəsizliklə bağlı aktual problemləri müzakirə etmək və Aİ ilə qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasına səbəb olacaq addımlar atmaq var idi. Səfərin yekunlarından belə çıxır ki, Avropa İttifaqı Şurasının prezidenti ikitərəfli tərəfdaşlıq əlaqələrinin əvvəlki kimi isti olması üçün əlindən gələni etdi. Azərbaycan yenidən təsdiqlədi ki, assosiativ tərəfdaşlıq barədə hər hansı saziş imzalamaq niyyətində deyil. Belə ki, bu sazişlərdə çoxlu tələblər və əsassız şərtlər var ki, onlar da ölkənin marağına uyğun deyil”.
F.Sadıxov D.Tuskun eşitdiklərindən nəticələr çıxaracağına ümid etdiyini bildirib.
Politoloqun fikrincə, Prezident İlham Əliyevin bəyanatında Ermənistanda baş verən hadisələrin qiymətləndirilməsi ilə bağlı hissə ən əhəmiyyətli məsələ olub: “Ölkə başçısı Ermənistan tərəfindən Azərbaycan torpaqlarına qarşı yürüdülən işğalçılıq siyasətinin bu gün davam etdiyini və demokratik dəyərlərin pozulması barədə konkret nümunələr göstərdi”.
Politoloq ikitərəfli əlaqələrin davam etməsi üçün D.Tuskun səfərini müsbət qiymətləndirib: “Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanın rolunu qiymətləndirdiyini və başa düşdüyünü, Avropa qitəsi və regionun təhlükəsizliyinin, ələlxüsus enerji təhlükəsizliyinin təmin edilməsində ölkənin əhəmiyyətini gizlətmirdi”.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21.03.2019
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21.03.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info