Ramiz Alıyev “Strateji Araşdırmalar İnstitutu“nun rəhbəri oldu
Tarix: 24.07.2015 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Politoloq Ramiz Alıyev "Strateji Araşdırmalar İnstitutu"nun rəhbəri olub. İnstitutun rəhbəri tanınmış gənc politoloq Ramiz Alıyev bizimlə söhbətində "Strateji Araşdırmalar İnstitutu"nun məqsədi və görəcəyi işlərə toxunub: “Qarşıda duran məqsəd yalnız ölkə səviyyəsində deyil, beynəlxalq əlaqələrimizdən də istifadə edib daha geniş formada ölkəmizi tanıtmaq və dünyada güclü mövqeyə malik olan siyasi mərkəzlərlə əməkdaşlıq etməkdir. Bu asan bir proses olmasa da qarşımıza qoyduğumuz məqsədə çatmalıyıq. Ona görə də savadlı və intellektual səviyyəli gənclərimizin bilik və bacarığından maksimum yararlanmağı düşünürük. Eyni zamanda onu deyə bilərəm ki, vətənpərvər, dövlətinə bağlı savadlı araşdırmaçı gənclərə aramızda xüsusi yer veriləcək. "Strateji Araşdırmalar İnstitutun"a ixtisası siyasət, tarix, iqtisadiyyat, hüquq, jurnalistika olan peşəkarlar cəlb ediləcək. Xarici mətbuatda ölkəmizin təbliği üçün müxtəlif məqalə və yazıların müəllifi olan KİV nümayəndələri ilə, xaricdə yaşayıb ölkəmizin təbliğatçısı olanlarla sıx əməkdaşlıq edərək bu imkanlarımızı genişləndirib birlikdə yararlanmağı düşünürük. Təbii ki, müxtəlif hadisələrlə bağlı siyasi araşdırmalar, təhlillər apararaq yerli və xarici mətbuata çıxmağı da planlaşdırmışıq. Düzdür, çətinliklərimiz, nöqsanlarımız da olacaq, təbiidir. Amma ümid edirəm ki, dövlət və dövlətçiliyimizin qorunmasında hər bir çətinliyin qarşısında duruş gətirməliyik. Əsas məqsədimiz hər zamankı kimi dövlətçiliyə xidmət, cənab Prezidentin apardığı uğurlu siyasətə dəstək olaraq ölkəmizin təbliğatını gücləndirmək olacaq. Düşünürəm ki, bu da hər birimizin ən ali borcudur!”
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info