İnformasiya təhlükəsizliyi ilə bağlı maarifləndirmə aparılır
Tarix: 24.07.2015 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) Bakıda “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementidir” mövzusunda konfrans keçirib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirə KİV nümayəndələri, internet fəalları və QHT təmsilçiləri qatılıblar.
Tədbir, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementi kimi” adlı layihə çərçivəsində baş tutub. Layihənin icraçısı Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyidir (MİTD İB).
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd internet üzərindən xəbər yayan informasiya istehsalçılarında və ümumilikdə internet istifadəçilərində yayılan informasiyalara görə yaranan hüquqi məsuliyyət barədə maarifləndirmə işi aparmaq olub: “İnternet üzərindən informasiya yayan vətəndaşlarda və qurumlarda yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib problemləri sırasındadır. Keçirdiyimiz tədbirdə internet üzərindən informasiya yayan vətəndaşların və qurumların diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr keçirdik”.
Konfransda öncə hüquqşünas ekspertlər internet üzərindən yayılan informasiyalara görə yaranan hüquqi məsuliyyət mövzusunda məruzə ediblər. Daha sonra tədbir iştirakçılarına söz verilib. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Nizamioğlu, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə və digərləri informasiya hazırlığı zamanı qarşıya çıxan dillemmalar mövzusunda maraqlı fikirlərini paylaşıblar. Konfrans digər iştirakçıların çıxışları ilə davam edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info