“Miskin durumdan çıxmayana qədər müxalifəti nəinki ölkə daxilində, heç xaricdə də saymayacaqlar”
Tarix: 24.07.2015 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Cənubi Qafqaz ölkələrində səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 20-də Ermənistan rəsmiləri ilə yanaşı, bu ölkənin müxalifət liderləri ilə görüş keçirdi.Hətta bununla bağlı "Twitter" mikrobloqundakı səhifəsində məlumat verən Donald Tusk Ermənistan müxalifətinin güclü və məsuliyyətli olduğuna da işarə vurub.
Azərbaycana səfəri çərçivəsində isə cənab Tusk Prezident İlham Əliyevlə görüşüb və dövlət başçıları birgə mətbuat konfransı keçirdilər və sonra isə Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşərək müxtəlif məsələləri müzakirə etdi. Amma nədənsə, Donald Tusk üzdə olan müxalifət liderləri- Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) sədri Əli Kərimli, “Milli şura”nın sədri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı, Müsavatın keçmiş sədri İsa Qəmbərlə görüşmək istəmədi. Görünür, cənab Tusk hesab edib ki, Azərbaycanın miskin durumda olan müxalifəti ilə görüşməyin mənası yoxdur. Ümumiyyətlə nəinki Donald Tusk, son zamanlar ölkəyə gələn bir çox beynəlxalq təşkilatların rəhbərləri və rəsmiləri müxalifət liderləri ilə görüşlər keçirmirlər və beləcə onları siyasi güc kimi qəbul da etmirlər.
Məsələ ilə bağlı “Palitra”ya açıqlama verən politoloq Qabil Hüseynli deyir ki, əslində belə münasibət gözlənilən idi. Birincisi ona görə ki, müxalifət özü-özünü hörmətsiz edib və bu siyasi qüvvələrin ardınca xalqın getmədiyini artıq beynəlxalq təşkilatlar, ölkədən kənarda da gözəl anlayırlar: “İkinci bir tərəfdən isə Donald Tusk müxalifətlə görüşmək istəməməsi ilə müxalif liderlərin artıq yox səviyyəsində olduğunu da göstərdi. Həm də Tusk gözəl anlayır ki, müxalifət bizdə ictimai-siyasi proseslərə təsir gücündə deyil. Bunu Tuskdan öncə ölkəmizə gələn digər siyasətçilər, beynəlxalq təşkilatların nümayəndələri də yaxşı bilirdilər. Bu səbəbdən də onlarla görüş istəmirlər”. Politoloq deyir ki, on il əvvəldən fərqli olaraq indi ölkəyə gələn siyasətçilərin müxalifət liderləri ilə görüşmək istəməməsinin əsas səbəblərindən biri də, Azərbaycanda hakimiyyətə olan hörmətdən irəli gəlir. Onlar gözəl anlayırlar ki, xalq hakimiyyətlə birdir və xalq müxalifətə çoxdan yerini göstərib: “Həm də burada əsas səbəblərdən biri ölkəyə gələn rəsmilərin Azərbaycan hakimiyyətinə və xalqa həssas yanaşmasıdır. Hakimiyyətlə aparılan dialoqların fonunda sayılmayan bir müxalifətlə görüşmək onlar üçün arzuolunan sayılmazdı. Hakimiyyət dəfələrlə bəyan edib ki, daxili işlərimizə diqtəedici tərzdə yaxınlaşmaq olmaz. Ermənistan heç. Onsuzda bu ölkədəki hakimiyyəti sayan yoxdur. Ona görə də ora gedən birinci müxalifətlə də görüşə bilər, daxili işlərinə də qarışa bilər bu ölkənin. Onsuzda zəif olan müxalifətlə görüşmək Tuskun gələcəkdə də planında olmayacaq. Nəinki Tuskun bundan sonra ölkəyə gələcək digər siyasətçilər də müxalifət liderləri ilə yoxmuş kimi davranacaqlar. Ümumiyyətlə bu məlum məsələdir ki, belə yüksək səviyyəli rəsmi səfərlər zamanı protokollar tərtib olunur və görüşlər də bu protokola salınır. Müxalifətlə görüşün protokola bundan sonra da salınmayacağı yuxarıda qeyd etdiyim səbəblərə görə olacaq. Miskin durumdan çıxmayana qədər müxalifəti nəinki ölkə daxilində, heç xaricdə də saymayacaqlar!”
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info