Əcnəbi alimlər Azərbaycanda uzunömürlülüyün sirlərini araşdırırlar
Tarix: 24.07.2015 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


İyulun 24-də Ukrayna Milli Elmlər Akademiyası Gerontologiya İnstitutunun direktoru, akademik Vladislav Bezrukov və akademiyanın müxbir üzvü Svetlana Kuznetsova Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanovla görüşüblər.
ATU-nun mətbuat xidmətindən bildirilib ki, görüşdə Ukrayna Milli Elmlər Akademiyasının Gerontologiya İnstitutunun Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Tibb Universiteti ilə birlikdə icra etdiyi “Uzunömürlülüyün molekulyar genetik əsaslarının öyrənilməsi” layihəsindən söhbət açılıb. Qeyd olunub ki, iki il davam edəcək layihənin əsas məqsədi Azərbaycanda yaşayan uzunömürlü insanların tibbi göstəricilərinin araşdırılmasından ibarətdir. Bu məqsədlə ukraynalı alimlər Azərbaycanın müxtəlif bölgələrinə səfər edərək yaşlı insanlarla görüşlər keçirirlər.
Əhliman Əmiraslanov layihənin tibb elmi üçün böyük əhəmiyyət daşıdığını, bu səbəbdən ATU-nun nevropatoloqları, kardioloq və terapevtlərinin ukraynalı həmkarları ilə birgə bölgələrdə aparılan araşdırmalarda iştirak etdiklərini bildirib.
Layihənin Azərbaycan ilə Ukrayna arasında tibb elmləri, təhsil və səhiyyə sahəsindəki əlaqələrin inkişafına fayda verəcəyini qeyd edən Ə.Əmiraslanov qonaqlara rəhbərlik etdiyi universitet haqqında da qısa məlumat verib.
Rektor Əhliman Əmiraslanov gələcəkdə Ukrayna Milli Elmlər Akademiyasının Gerontologiya İnstitutu ilə birgə beynəlxalq konfransın təşkili, qarşılıqlı mütəxəssis mübadiləsinin həyata keçirilməsi üçün müqavilə hazırlanmasını da məqbul sayıb.
Ukraynalı alimlər belə bir müqavilənin imzalanmasının vacibliyini bildiriblər. Onların fikrincə, qarşılıqlı əməkdaşlıq sazişi iki ölkə arasında münasibətlərin genişlənməsinə, elmi əlaqələrin artırılmasına, birgə layihələrin reallaşmasına təkan verəcək. Həmçinin belə təşəbbüslər iki dost ölkə arasında elmi münasibətlərin daha da dərinləşməsinə gətirib çıxaracaq.
Qonaqlar vaxtilə Azərbaycanda tibbi araşdırmalar apardıqlarını və bir sıra tədbirlərdə iştirak etdiklərini söyləyiblər, eyni zamanda, ümummilli lider Heydər Əliyevlə görüşləri ilə bağlı xatirələrini bölüşüblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info