Nəqliyyat naziri Şəmkirdə vətəndaşları qəbul edib
Tarix: 24.07.2015 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağı müraciətlərinin həllinə kömək göstərirlər.
Növbəti belə qəbul bu gün Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçirilib. Nəqliyyat naziri Ziya Məmmədov Şəmkir, Tovuz və Qazax rayonlarından olan vətəndaşları qəbul edərək, onların şikayət və təkliflərini dinləyib.
Vətəndaşların müraciətləri əsasən Şəmkir avtovağzalının tikintisi, Şəmkir-Qaranüy avtobus marşrutunun açılması, Tovuzda mövcud dəmir yolu körpüsünə paralel olaraq ikinci körpünün inşası, Tovuz-Böyük Qışlaq avtomobil yolunun təmiri, işə qəbul və digər məsələlərlə bağlı olub.
Nəqliyyat naziri Ziya Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib.
Vətəndaşları narahat edən, nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info